Türk adları Təbrizin tarixi bazarına qayıtdı – GÖRÜNTÜ

Türk adları Təbrizin tarixi bazarına qayıtdı – GÖRÜNTÜ

GünAz TV: Təbriz 8-ci Məntəqə Bələdiyyə İdarəsinin icraçı direktoru mühəndis Rza Paknəhad Təbriz bazarında dəyişdirilən məkan adlarının yenidən tarixi adlarla əvəzləndiyini bildirib.

 

Bələdiyyə İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən yayılan məlumata görə, idarənin icraçı direktoru yer adlarının heç bir zaman dəyişməməli olduğunu diqqətə çatdırıb.

 

“Təəssüflər olsun ki, zaman içində tarixi bazarda yer adları tədricən dəyişdirilib. Bu, bazarın tarixi kimliyini korlamışdır. Belə ki, bazarda əhalinin bildiyi adlarla ziddiyyət təşkil edən lövhələr asılıb. Halbuki, bu məkanlar hələ də əhali arasında qədim adlarla tanınır. Mütəxəssislər də bildirir ki, yer və məkan adlarını dəyişmək və ya onları tərcümə etmək düzgün deyil. Bu adlar əhalinin tələffüz etdiyi kimi də qalmalıdır”- deyə o bildirib.

 

Mühəndis Rza Paknəhad sözlərinin sonunda bütün səlahiyyətli orqanları əsl adların əks olunduğu lövhələri Təbrizin tarixi bazarına qaytarmaqda yardımçı olmağa çağırıb.

 

Bir neçə il əvvəl Urmiyənin Bələdiyyə İdarəsi də oxşar qərar verərək Urmiyə şəhərində dəyişdirilmiş bəzi məkan adlarını əsl türk adları ilə əvəzləmişdir.

 

Pəhləvi və İslam cümhuriyyəti dövründə türklərin tarix və kimliyini inkar etmək məqsədi ilə minlərlə məkanın adı türkcədən fars dilinə çevrilib vəya yeni fars adları ilə əvəzlənib.

 

Təbriz bazarında təhrif edilən adlardan bir neçə nümunə:

 

 

 

Urmiyədə bərpa olunmuş yer adları:

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN