“Türk dilinin tədris olunması qeyri-qanunidir”- Təhsil Şöbəsinin rəis müavini

“Türk dilinin tədris olunması qeyri-qanunidir”- Təhsil Şöbəsinin rəis müavini

GünAz TV: Zəncan Əyaləti Təhsil Şöbəsinin rəis müavini əyalətdə türk dilinin tədris olmadığını bildirərək bu işin qeyri-qanuni olduğunu deyib.

 

Əsğər Bayat bu barədə çərşənbə günü “İsna” xəbər agentliyinə danışıb.

 

“Məktəblərdə türk dilinin tədris olunması qeyri-qanunidir və bu barədə Zəncan Əyalətinə yeni bir bildiriş göndərilməyib.

 

Ana dilinin tədris olunması mövzusunda nəzəri bəhslər aparılır. Təbii ki, bu barədə mütəxəssislər öz fikirlərini bildirməlidir. Nəzərə alınmalıdır ki, ana dilinin tədris olunması üçün müəyyən şərait və zəmin yaradılmalıdır”- deyə o bəyan edib.

 

Onun sözlərinə görə, hazırda ölkənin heç bir məktəbində türk dili tədris olunmur, lakin bəzi əyalətlərdə müəllimlər şagirdlərin yaxşı başa düşməsi üçün dərsi ana dilində keçir. Bunun bəzən yaxşı təsiri olur.

 

Əsğər Bayat, Zəncan Əyaləti Təhsil Şöbəsinin dərslərin fars dilində keçirilməsinə təkid etdiyini bildirərək qeyd edib ki, türk dilinin tədris olunması üçün öncə qanun qəbul olunmalı, sonra isə əyalətlərə elan edilməlidir. Növbəti mərhələdə dərsliklər hazırlanmalı və müəllimlər müəyyən olunmalıdır. Bunun üçün də vaxt lazımdır.

 

Türk dilində təhsil almaq Güney Azərbaycan türk millətinin əsas sosial tələblərindən biridir. Bu iqtisamətdə uzun illərdir mübarizə aparılır, İran rejimi isə ümidverici vədlər verir. Buna baxmçayaraq rejim nəinki ana dilində təhsil almaq, hətta ana dilinin məktəblərdə tədris olunması istiqamətində də heç bir addım atmır. Bu şəkildə milyonlarla azərbaycanlı şagird və öyrənci təhmil olunmuş fars dilində təhsil almağa məcbur edilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN