Türk öyrəncilər İraq kürdlərinin bayraq qaldırmasına icazə verməyib - Urmiyə Universitetində

Türk öyrəncilər İraq kürdlərinin bayraq qaldırmasına icazə verməyib - Urmiyə Universitetində

GünAz TV: Urmiyə Universitetinin türk öyrənciləri beynəlxalq turnir çərçivəsində İraqın şimal bölgəsindən gələn kürd öyrəncilərə Kürdistan bayrağını qaldırmağa imkan verməyiblər.

 

“Urmiyə Universitetinin Beynəlxalq Turniri” aprelin 25-də Urmiyə Universitetində 220 idmançı öyrəncinin qatılımı ilə keçirilib.

 

Bundan əvvəl universitetin bədən tərbiyəsi şurası turnirin Türkiyə, Azərbaycan, İraq və İran universitetlərindən olan öyrəncilərin iştirakı ilə keçiriləcəyini elan etmişdir. Lakin universitet rəisi və ali təhsil müəssisəsinin təhlükəsizlik bölümünün müdaxiləsi ilə Azərbaycan Respublikası siyahıdan çıxarılaraq yerinə İraqın kürd bölgəsində yerləşən Ərbil Universiteti daxil edilmişdir.

 

Ötən günlərdə yarışlarla bağlı posterlər yayılıb. Posterlərin üzərində qondarma Kürdistan bayrağının əks olunması azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb. Məlumata görə, sözügedən bayraq öyrəncilərin geniş etirazı nəticəsidə yarışlar zamanı salonun hər yerindən yığışdırılıb, bannerlərdə əks olunan bayraqların üstü ağ parçalarla örtülüb.

 

 

Radikal kürdlər və kürd terror qruplaşmaları uzun illərdir ki, İran rejimi tərəfindən Azərbaycan türklərinin milli mənafeyinə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunur. Rejim Qərbi Azərbaycan Əyalətinin  demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə terror qruplaşmalarının müxtəlif yönlü fəaliyyətinə göz yumur. Bundan əlavə, rejim bölgənin kürdləşdirilməsi prosesini sürətləndirmək üçün radikal kürdləri önəmli rəsmi postlara təyin edir, onların qaçaqmalçılıq yolu ilə külli miqdarda gəlir əldə etməsinə şərait yaradır. Bütün bunlar azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN