“TÜRKGÜN” qəzetində Türkiyənin göndərdiyi yardımların “Türkmən səhra”ya çatdırılmaması haqda məqalə dərc olunub

“TÜRKGÜN” qəzetində Türkiyənin göndərdiyi yardımların “Türkmən səhra”ya çatdırılmaması haqda məqalə dərc olunub

GünAz TV: Novruz bayramı günlərində Türkmən əhalisinin yaşadığı “Türkmən səhra” bölgəsində dağıdıcı sel baş verib, saytımızda təbii fəlakətin törətdiyi fəsadlar barədə dəfələr məlumat yayılıb.

 

Sel bölgəsinə İran rejiminin laqeyd münasibət bəslədiyi, vaxtı-vaxtında yardım etməməsi də bir çox faktlarla sübut olunub.

 

Bu dəfə Türkiyənin “TÜRKGÜN” qəzetində bu ölkənin Qızıl Aypara Cəmiyyəti tərəfindən İrana göndərilən yardımlar, həmçinin yardım karvanının “Türkmən səhra” sel bölgəsinə çatdırılmaması haqda məqalə dərc olunub. Bildirilib ki, İranın rəsmi şəxsləri müxtəlif yollarla yardımların  “Türkmən səhra”ya aparılmasına mane olublar.

 

Dr. Elnur Paşa qeydə aldığı məqalədə İran rejiminin “sel fəlakətindən zərərçəkən türkmənlərə münasibəti və İran rəsmiləri tərəfindən Türkiyə Qızıl Aypara Cəmiyyətinin aldadılmasına işarə edib.

 

Məqalədə qeyd olunub ki, İran rejimi türkmənləri Türkiyədən incik salmaq məqsədi ilə bu ölkədən göndərilən yardımların “Türkmən səhra”ya çatdırılmasına imkan verməyib.

 

Məqaləni anadolu türkcəsində aşağıdakı LİNK-dən oxuya bilərsiniz:

https://www.turkgun.com/batan-tekne-seyirci-iran-ve-kandirilan-kizilay-makale-93439

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN