Türkiyə qəzetində Abbas Lisaninin apardığı milli mübarizədən bəhs edən “Güneyin səsi” məqaləsi dərc olunub – LİNK

Türkiyə qəzetində Abbas Lisaninin apardığı milli mübarizədən bəhs edən “Güneyin səsi” məqaləsi dərc olunub – LİNK

GünAz TV: Son vaxtlar qardaş ölkə Türkiyə mətbuatında Güney Azərbaycanla bağlı yayılan xəbər və məqalələrin sayı artıb.

 

Məlumata görə, “Türkgün” qəzetində Güney Azərbaycanın ictimai-siyasi və mədəni hadisələrindən bəhs edən məqalə dərc olunub. Məqalədə konkret olaraq tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin apardığı milli mübarizə və Güney Azərbaycan türk millətinin pozulmuş hüquqlarından bəhs olunub.

 

Məqalədə son günlərdə vəfat edən aşıq Qafar İbrahimi və onun mədəniyyət sahəsindəki fəaliyyətlərinə də işarə olunub.

 

Məqalənin müəllifi Dr. Elnur Paşadır. O “Türkgün” qəzetinin yazıçısı və şimali azərbaycanlı fəallardan biridir.

 

Məqaləni aşağıdakı LİNK-ə müraciət edərək oxuya bilərsiniz:

https://turkgun.com/guneyin-sesi/?fbclid=IwAR0a8kMYXQwc9M4x8ClYrZPGCFp-pQmXLxvwyaCW_ri3LdLnbhf7xB8H4PI

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN