Türkiyə Yunanıstanı Egey dənizindəki gərginliyi azaltmağa çağırıb

Türkiyə Yunanıstanı Egey dənizindəki gərginliyi azaltmağa çağırıb

GünAz TV: Türkiyənin baş naziri Binəli Yıldırım yunanıstanlı həmkarı Aleksis Tsipras ilə telefon danışığı zamanı Afinanı Egey dənizində iki ölkə arasında yaranmış gərginliyi azaltmağa çağırıb.

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Binəli Yıldırım Aleksis Tsiprasa Egey dənizindəki vəziyyətlə əlaqədar narahatlığını bildirib. Baş nazirlər problemin dialoq yolu ilə həll olunmasının vacibliyini qeyd edərək, hər iki ölkənin hərbi qurumlarının nümayəndələri arasında məsələ ilə bağlı görüşün keçirilməsinə dair razılığa gəliblər.   

 

Qeyd edək ki, ötən gün Egey dənizindəki mübahisəli adaların yaxınlığında Türkiyəyə məxsus patrul kateri Yunanıstanın Sahil Mühafizə gəmisi ilə toqquşub. İnsident nəticəsində xəsarət alan olmayıb.

 

Yunanıstan tərəfi insidentlə əlaqədar etiraz bildirərək, Türkiyə səfirini xarici işlər nazirliyinə (XİN) çağırıb.   

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan insidentdə görə məsuliyyəti Yunanıstan tərəfinin üzərinə qoyub. 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN