Türkiyədə baş vermiş zəlzələ Güney Azərbaycanın 5 şəhər və rayonunda da hiss edilib

Türkiyədə baş vermiş zəlzələ Güney Azərbaycanın 5 şəhər və rayonunda da hiss edilib

GünAz TV: Türkiyədə baş vermiş güclü zəlzələ Qərbi Azərbaycan əyalətinin 5 şəhər və rayonunda da hiss edilib.

 

Qərbi Azərbaycan əyalətinin Böhranların İdarə Edilməsi Təşkilatının müdiri Əmir Abbas Cəfəri qeyd edib ki, həmin bölgələr Urmiya, Piranşəhr, Qoşaçay, Üşnəviyyə və Nəqədədir.

 

Hiss edilən zəif təkanlar nəticəsində ölən və yaralanan olmayıb, eləcə də dağıntı qeydə alınmayıb.

 

Xatırladaq ki, ötən gecə Türkiyənin Elazığ bölgəsində baş vermiş 6.8 bal gücündə zəlzələ nəticəsində bu saata qədər 22 nəfərin öldüyü, 1031 nəfərin isə yaralandığı deyilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN