Türkiyəli universitet müəllimi Güney Azərbaycan Milli Hərəkatının mübarizə bayrağının müəyyən edilməsini təbrik edib

Türkiyəli universitet müəllimi Güney Azərbaycan Milli Hərəkatının mübarizə bayrağının müəyyən edilməsini təbrik edib

GünAz TV: Türkiyənin Giresun Universitetinin müəllimi Dr. Səlcuq Duman Güney Azərbaycan Milli Hərəkatının vahid  mübarizə bayrağının müəyyən edilməsini təbrik edərək türkiyəli millətçilərin bu qərardan sevindiklərini diqqətə çatdırıb.

 

Güney Azərbaycan üzrə araşdırmaçı və Giresun Universitetinin Beynəlxalq Əlaqələr üzrə ustadı Azərbaycan Milli Hərəkatı üçün vahid bayrağın seçilməsi münasibəti ilə Güney Azərbaycan türk milləti və bütün dünya türklərinə təbrik ünvanlayıb.

 

O təqdim olunan bayrağı Facebook səhifəsində yayaraq qeyd edib ki, “Güney Azərbaycan Milli Hərəkatının mübarizə bayrağının seçilməsi məni və Türkiyənin bütün millətçilərini sevindirdi, biz bu bayrağı müsbət qarşılayırıq.”

 

Dr. Səlcuq Duman həmçinin növbəti addımda Güney Azərbaycan Milli Hərəkatı fəallarının birgə koalisiya yaradacaqlarına ümid etdiyini bildirib.

 

“Güney Azərbaycan türklərinin demokratik haqları və azadlıq mücadiləsi” kitabının müəllifi olan Dr. Səlcuq Dumanın Güney Azərbaycanla bağlı çoxlu akademik araşdırmaları var. O Güney Azərbaycan Milli Hərəkatı ilə əlaqədar bir çox məqalənin müəllifidir.

 

Xatırladaq ki, Azərbaycan Milli Hərəkatının müxtəlif qurum və təşkilatları arasında uzun sürən müzakirələrdən sonra iyunun 22-də Azərbaycan Milli hərəkatının vahid mübarizə bayrağı barədə razılıq əldə olunub, 2003-cü ildə Babək qalası mərasimində qaldırılan bayraq artıq Milli Hərəkatın vahid mübarizə bayrağı kimi rəsmi şəkildə  təqdim olunub.

 

 

Mövzu ilə bağlı aparılan son müzakirələrin videosunu dinləmək üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN