Türkiyənin çox izlənilən “Savaşcı” serialında “Traxtur”un adı çəkilib / Qoşaçaylı boksçu “Traxtur” bayrağı ilə Türkiyədəki yarışa qatıldı

Türkiyənin çox izlənilən “Savaşcı” serialında “Traxtur”un adı çəkilib  / Qoşaçaylı boksçu “Traxtur” bayrağı ilə Türkiyədəki yarışa qatıldı

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası sərhədləri aşaraq bütün türk dünyasında tərəfdarlar qazanmaqdadır.

 

Məlumata görə, Türkiyənin FOX Telekanalında yayımlanan “Savaşcı” serialında “Traxtur”un adı çəkilib, məşhur aktyor Sarp Levendoğlu canlandırdığı obrazda Azərbaycanın “Traxtur” komandasının tərəfdarı olduğunu bildirib.

 

O “siz hansı futbol komandasının tərəfdarısınız?” sualına “mənim sevdiyim futbol komandası Türkiyədə deyil, mən “Traxtur” tərəfdarıyam” sözü ilə cavab verib.

 

https://www.youtube.com/watch?time_continue=14&v=HOH9Ui9Zgsc

 

 

Serialın 44-cü bölümü mayın 13-ü, gecə saatlarında FOX Telekanalında yayımlanıb.

 

Qoşaçaylı boksçu Əhəd Qurbani isə Türkiyədə keçirilən MMA (Mixed Martial Arts) yarışlarında rinqə “Traxtur” bayrağı ilə çıxıb.

 

 

 

Onun bu hərəkəti MMA yarışlarının ən güclü boksçularından biri kimi azərbaycanlılarla yanaşı türkiyəli soydaşlarımız tərəfindən də alqışlanıb.

 

Əhəd Qəhrəmani bir neçə dəfə Beynəlxalq MMA Yarışları və Tayland Muay tay Beynəlxalq Təşkilatının peşəkar boks yarışlarının çempionu olub.

 

Bir çox azərbaycanlı sosial şəbəkə istifadəçisi inanır ki, azərbaycanlı idmançıların “Traxtur” bayrağı ilə yarışlara qatılması Azərbaycanın milli mənafeyinə uyğun olan bir hərəkətdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN