“Türkmən səhra”nı seldən qurtarmaq istəyənlərdən 6-ı həlak olub

“Türkmən səhra”nı seldən qurtarmaq istəyənlərdən 6-ı həlak olub

GünAz TV: “Türkmən səhra” bölgəsində sel fəlakəti davam etdiyi bir vaxtda bölgə əhalisini böhrandan qurtarmağa çalışan 6 türkmən həlak olub.

 

Martın 26-da Gümüşan şəhərində bir motorlu qayıq 25 sərnişini ilə aşıb. Onlar dövlətin yardım etmədiyi üçün texnikasız bir vəziyyətdə yerlilərini seldən qurtarmaq istəyiblər.

 

Bu barədə Gümüşan Şəhər İcra Hakimiyyəti başçısı “Fars” xəbər agentliyinə məlumat verib. O bildirib ki, qayığın aşması nəticəsində suya düşənlərdən 5-nin cəsədi tapılıb. Bir nəfər isə yoxa çıxıb, onu tapmaq üçün axtarış aparılır.

 

İran mətbuatı hələlik cəsədi tapılmayan şəxsin öldüyünü iddia edir.

 

Ölən türkmənlərin kimliyi Əhməd Əbdülheseyni, Naz Məhəmməd Xalidi, Ənduləzim Nəyani, Səlim Sofiyani, Behzad Tatari və Tac Qulu Cahanidən ibarətdir.

 

Gümüşanın İran parlamentindəki millət vəkili çərşənbə günü Gülüstan Əyaləti Böhranının İdarə etməsi ilə bağlı keçirilən iclasda, prezidentdən öz şəhərlərinin qorunması uğrunda həlak olanları “xidmət şəhidi” adlandırılmasını istəyib.

Ramin Nurqulipur bu məsələ ilə bağlı lazım olan yerlərə müraciət edəcəyini vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN