Türkmənçay müqaviləsindən 190 il ötür

Türkmənçay müqaviləsindən 190 il ötür

GünAz TV: 10 fevral Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinə dair Türkmənçay müqaviləsinin bağlanmasının növbəti ildönümüdür. 

 

Bu gün 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında Azərbaycanı ikiyə bölən Türkmənçay kəndində bağlanmış müqavilənin 190-cı ildönümüdür.

 

Bu müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçib. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da iştirak edib. Bakıxanov tərcüməçi kimi fəaliyyət göstərib. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə İran Şahı Fətəli Şahın oğlu, Şahzadə Abbas Mirzə imzalayıb.

 

Müqaviləyə əsasən Araz çayından şimaldakı torpaqlar Rusiyaya, İrəvan və Naxçıvan isə Rusiyayanın tərkib hissəsinə qatılıb. Bundan başqa İran Rusiyaya 20 mln. manat təzminat verməli olub.

 

İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də yer alıb. Bununla da ermənilərin Azərbaycanda yerləşdirilməsi üçün münbit siyasi şərait yaranıb.

 

Bu müqavilənin şərtləri əsasında, 14-cü maddəyə əsasən İrandan 40 min, Türkiyədən 84 min erməni Azərbaycana köçürülüb. Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatmışdı. Bütünlükdə bu müqavilə 16 maddədən ibarətdir.

 

Qarabağın işğalı da əslində elə bu "sülh” müqaviləsinin imzalanması ilə başlanmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN