Urmiya zindanında məhkum müalicə edilmədiyi üçün ölüb

Urmiya zindanında məhkum müalicə edilmədiyi üçün ölüb

GünAz TV: Həbsxana məsullarının etinasızlığı səbəbindən Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin Mərkəzi Həbsxanasında saxlanılan məhkum xəstəlik səbəbindən ölüb.

 

İnsan haqları fəallarının yaydığı məlumatlara görə, 65 yaşlı Dariyuş Kəngərli adlı məhkum narkotik maddələrlə bağlı ittihamla həbs edilibmiş.

 

O, ürək xəstəliyindən əziyyət çəkirmiş və həbs edilənə qədər əməliyyat olunubmuş. Məhkəmə tibbi ekspertiziyasının rəyinə əsasən, onun həbsxanada saxlanılması həyatı üçün təhlükəli imiş.

 

Məhkum uzun müddət həbsxanada qaldıqdan sonra sentyabrın 18-i tibbi müayinə və müalicə göstərilməməsi səbəbindən dünyasını dəyişib.

 

Bəzi mənbələrdə bildirilir ki, o, kəskin ürək çatışmazlığı səbəbindən həbsxananın tibb məntəqəsinə aparılmamışdan öncə ölüb.

 

Qeyd etmək lazımdır ki, İran və Güney Azərbaycan zindanlarında tez-tez oxşar hadisələr baş verir. Lakin İran Pentensiar Xidməti (Həbsxanalarla İş üzrə Təşkilat-red.) həbsxanalarda məhkumlara tibbi xidmətlərin göstərilməsinin yaxşılaşdırılması istiqamətində heç bir addım atmır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN