“Urmiyə 90” komandasını dəstəkləyən Qaşqay türkləri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb – VİDEO

“Urmiyə 90” komandasını dəstəkləyən Qaşqay türkləri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb – VİDEO

GünAz TV: Şirazda bu şəhərin “Fəcr Sepasi” komandası ilə qarşılaşan “Urmiyə 90” komandası görüşdə tamaşaçı qismində iştirak edən Qaşqay türkləri tərəfindən təşviq edilib, lakin komandaya dəstək verənlər təhlükəsizlik qüvvələri tərəfindən döyülərək stadiondan çıxarılıb.

 

Birinci dəstə yarışlarının 8-ci həftəsində keçirilən görüş noyabrın 3-ü Təbriz vaxtı ilə saat 15:00-da Şirazın Pars stadionunda baş tutub.

 

Qaşqay türkləri oyunun əvvəlindən “Urmu, Təbriz, Ərdəbil – Bu səs Şirazdan gəlir” kimi şüarlar səsləndirərək “Urmiyə 90” komandasına dəstək veriblər.

 

Qaşqay türklərinin Azərbaycan komandasına dəstək verməsindən qəzəblənən təhlükəsizlik qüvvələri onlara hücum çəkərək bir neçəsini döyüb və bütün komanda tərəfdarlarını zorla stadiondan çölə çıxardıb.

 

“Urmiyə 90” klubunun sahibi Yəhya Bahari bu vəziyyətə etiraz edərək bildirib ki, Qaşqay həmvətənlərimiz “Urmiyə 90” komandasına dəstək vermək məqsədi ilə stadiona gəlmişdilər. Lakin onlar döyülərək stadiondan çölə çıxarıldı. İranın heç bir yerində belə bir hərəkətə şahid olmamışıq. “Urmiyə 90”-nın nə üçün tərəfdarı olmamalıdır?!

 

Azərbaycan klubunun sahibi sözlərinin davamında İran Futbol Federasiyasını baş verən irqçi hərəkətə qarşı tədbir almağa çağırıb.

 

Bu görüşdən sonra “Fəcr Sepasi” və “Urmiyə 90” komandaları hər biri 8 xala malik olub, komandalar sıralama ilə turnir cədvəlinin 11 və 12-ci pilləsində qərarlaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

 

Son illərdə Qaşqay və Azərbaycan türkləri bütün yarışlarda qarşılıqlı olaraq bir-birlərinin idman komandalarına dəstək veriblər.

 

Video:

https://www.youtube.com/watch?time_continue=17&v=gVfeUQAyLV8

 

https://www.youtube.com/watch?time_continue=5&v=ElWYCFcQLY4

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN