Urmiyə stadionunda plakat qaldırılıb: “Öz müqəddəratını təyin etmə haqqdır, cinayət deyil”

Urmiyə stadionunda plakat qaldırılıb: “Öz müqəddəratını təyin etmə haqqdır, cinayət deyil”

GünAz TV: Təbriz şəhərindən sonra bu dəfə Urmiyənin Təxti stadionunda “Öz müqəddəratını təyin etmə haqqdır, cinayət deyil” məzmununda plakat qaldırılıb.

 

Plakat “Urmiyə 90” komandası ilə Ənzəlinin “Mələvan” takımı arasında çərşənbə axşamı günü keçirilən görüşdə nümayiş etdirilib.

 

Azərbaycanlı fəallar tərəfindən qaldırılan plakatda ingilis dilində “self-determination is a raight, not a crime” cümləsi yazılıb.

 

Ötən ilin qış aylarında Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası arasında keçirilən görüş zamanı da oxşar plakat qaldırılmışdır. Həmin stadionda 2013-cü ildə “Traxtur”la Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandasının görüşündə ingilis dilində “Güney Azərbaycan İran deyil” banneri nümayiş etdirilib.

 

 

 

Bundan əvvəl, Barselona komandasının tərəfdarları oxşar məzmunda plakatlar qaldıraraq İspaniyanın tərkibində olan Kataloniya Əyalətinin öz müqəddəratını təyin etməsi və müstəqilliyini tələb ediblər.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN