Urmiyə stadionunda qadın hüquqları ilə bağlı səsləndirilən şüarın VİDEOSU...

Urmiyə stadionunda qadın hüquqları ilə bağlı səsləndirilən şüarın VİDEOSU...

GünAz TV: Urmiyənin “Durna” voleybol komandasının tərəfdarları qadınların stadiona giriş hüququnu tələb edən şüar səsləndiriblər.

 

“Durna” çərşənbə günü super liqa yarışlarının 4-cü həftəsində Tehranın “Peykan” komandasını “Durnalar Yuvası” (Qədir) stadionunda qəbul edib. Görüş zamanı stadionda 2 min nəfərdən çox soydaşımız tamaşaçı qismində iştirak edib.

 

Oyun zamanı bir çox milli şüar səsləndirilib. Stadionda qadın hüquqları ilə bağlı oktyabrın 26-da ilk dəfə olaraq Təbrizin səhənd stadionunda “Traxtur” futbol komandası tərəfdarlarının səsləndirdiyi şüar dilə gətirilib.

 

“Durna” komandasının tərəfdarları oyunun 25-ci dəqiqəsində  “Azərbaycan qızları göylərin ulduzları - Stadion yolları gözləyir onları / Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq biz alarıq haqqınızı türk qızları / Türk qızları, Türk qızları...!” şüarı səsləndiriblər. Soydaşlarımız bu şüarı mərhum seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökumətinin qadınlara səsvermə hüququnu tanımasından ilham alaraq səsləndirdiklərini bildiriblər. Bugünkü İran coğrafiyasında qadınların səsvermə hüququ ilk dəfə olaraq 1946-cı ildə (hicri-şəmsi təqvimi ilə 1325-ci il) Azərbaycan Milli Hökuməti tərəfindən tanınıb.

 

Oktyabrın 26-da “Traxtur”la “Sepidrud”un görüşündə “Səhənd meydanında – Türk qızlarının yeri boş” şüarı da səsləndirilib. Hər iki şüar azərbaycanlı sosial şəbəkələr istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Xəbər verdiyimiz kimi, panfarsizmi dəstəklərən kütləvi informasiya vasitələri, o cümlədən “BBC farsca” xidməti yaydıqları xəbərdə yuxarıda qeyd etdiyimiz birinci şüarı təhrif edərək “Türk” sözünü ləğv ediblər. Panfarsist internet istifadəçiləri də eyni təhrifi təkrar edib.

 

Azərbaycan türkləri hər zaman qadın hüquqlarını müdafiə etməkdə şərqi dünyası və islam aləmində öncül millətlərdən biri olub.

 

Video:

https://www.youtube.com/watch?time_continue=9&v=fyB6eu-Bw74

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN