Urmiyə Universitetində divarla şüarlar yazılıb: “Abbas Lisanini azad edin”

Urmiyə Universitetində divarla şüarlar yazılıb: “Abbas Lisanini azad edin”

GünAz TV: Təxminən ay yarım əvvəl Təbrizdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar səngimək bilmir.

 

Son məlumata görə, Urmiyə Universitetinin öyrənciləri təhsil müəssisəsinin binasının divarlarına şüarlar yazaraq tanınmış fəalın qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz bildiriblər. “Abbas Lisanini azad edin”, “Biz hamımız Abbas Lisaniyik” və “Abbas Lisani azad olunsun” sözləri yazılan şüarlar arasındadır.

 

Urmiyədə ötən günlərdə də tanınmış fəalın saxlanmasına etiraz olaraq divarlara şüarlar yazılıb, poster və bildiriş vərəqələri paylanmışdır.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN