Urmiyə Universitetində qızlarla oğlanları ayırırlar

Urmiyə Universitetində qızlarla oğlanları ayırırlar

GünAz TV: Urmiyə Universitetinin Təhlükəsizlik Bölümü (Hərasət bölümü) universitetin rəisinin göstərişi ilə qız və oğlan öyrəncilərinin bir-birinin yanında oturmasını qadağan edib.

 

Təhlükəsizlik bölümü qeyri-insani qərarı ilə bağlı universitetin həyətində divarlara plakatlar yapışdırıb.

 

Plakatlarda yazılıb: “Universitetin Təhlükəsizlik Bölümünün qərarına əsasən qızlarla oğlanların eyni salonda qarışıq şəkildə oturması qadağandır. Yalnız müəyyən şərtlərdə müəllimin yazılı məktubu təhlükəsizlik bölümünə təqdim olunmaqla salonun müdiriyyəti ilə koordinasiya ediləcək və bundan sonra icazə verilə bilər.”

 

İran universitetlərində son illərdə qızlarla oğlanlar ayrı-ayrı dərs otaqlarında təhsil almağa məcbur edilir. Bundan əvvəl Əmir Kəbir, Şərif, Əllamə Təbatəbayi, Mazandaran, Yəzd, Tətbiqi Elmlər Universiteti, Vəramin Azad Universiteti, Məşhəd Firdovsi Universiteti, Qəzvin Beynəlxalq Universiteti və daha onlarla ali təhsil müəssisəsində qızlarla oğlanların dərs otaqları ayırılıb.

 

İran rejiminin din pərdəsi altında həyata keçirdiyi qeyri-insani plan qadın hüquqlarına zidd hesab olunur, Azərbaycanlı müəllim və öyrəncilər hər zaman sözügedən plana qarşı olduqlarını nümayiş etdiriblər.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN