Urmiyə və Tehran komandalarının görüşündə milli şüarlar səsləndirilib – VİDEO

Urmiyə və Tehran komandalarının görüşündə milli şüarlar səsləndirilib – VİDEO

GünAz TV: Oktyabrın18-i Təbriz vaxtı ilə saat 18:00-da Tehranın “Perspolis” futbol klubu “Urmiyə 90” komandasını Azadi stadionunda qəbul edib.

 

İran kuboku çərçivəsində keçirilən görüş sonda 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

 

Oyun zamanı stadionda tamaşaçı qismində iştirak edən yüzlərlə soydaşımız müxtəlif milli şüarlar səsləndiriblər.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri də bir neçə dəqiqəlik “Urmiyə 90” tərəfdarlarına qoşulub. Komanda tərəfdarları millət vəkilini görüncə gur səslə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı veriblər.

 

Soydaşlarımız bir neçə dəfə “Qarabağ – Qarabağ” şüarı da səsləndirib. “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun”, “Yaşasın Azərbaycan” və “Urmu gölü susuzdu – Azərbaycan oyanmasa uduzdu” da verilən şüarlar sırasında olub.

 

“Urmiyə 90” oyunçularının geydiyi köynəyin üzərində türk dilində “eşqim Urmiyə” sözü yazılıb.

 

Bu mövsümdə “Urmiyə 90” komandası Təbrizdən Urmiyəyə intiqal edilib. Birinci dəstədə oynayan komanda Təbrizdə olarkən “Qostəreş Fulad” adlanıb.

 

Video:

https://www.youtube.com/watch?time_continue=10&v=9j6YTCPEfCU

 

https://www.youtube.com/watch?time_continue=19&v=zO9CbA1PugY

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN