Urmiyə yaxınlığında yerləşən 40 min illik mağaradan GÖRÜNTÜLƏR

Urmiyə yaxınlığında yerləşən 40 min illik mağaradan GÖRÜNTÜLƏR

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin 15 kilometrliyində yerləşən məşhur mağaranın 40 min ildən çox yaşı var.

 

Təmtəman mağarası İran coğrafiyasında insan məskəni olan ən qədim mağara hesab olunur.

 

“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, bir qərbli antropoloq Güney Azərbaycanda yerləşən tarixi mağaranın 40 min ildən çox yaşı olduğunu bildirib.

 

Mağaranın zahiri üçbucaq formasındadır, daxildən isə insan əlinə oxşayır. Onun uzunluğu 35 metrdir.

 

Təmtəman kəndində yerləşən mağaranın içində at, keçi, inək, qoyun və digər heyvanların yaşadığını göstərən əlamətlər var. Mütəxəssislərin fikrinə görə, mağarada insandan başqa əhliləşdirilmiş heyvanlar da yaşayıb.

 

Mağaranın görüntüləri “Təsnim” xəbər agentliyinin saytından götürülüb:

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN