Urmiyədə Azərbaycan Dəmir Yolu İdarəsi təsis olunacaq

Urmiyədə Azərbaycan Dəmir Yolu İdarəsi təsis olunacaq

GünAz TV: İranın Yol və Şəhərsalma Nazirliyi ikinci Azərbaycan Dəmir Yolu İdarəsinin Urmiyə şəhərində təsis edilməsi barədə qərar qəbul edib.

 

Xəbər yol və şəhərsalma nazirinin müavini və İran Dəmir Yolu Şirkətinin icraçı direktoru Səid Məhəmmədzadə tərəfindən təsdiq edilib.

 

Bu barədə İran İdarələr Təşkilat Strukturu işləri ilə bağlı qurumun rəisinə göndərilən məktubda dəmir yolu xəttlərinin gücləndirilməsi və Dəmir Yolu Şirkətində idarəçiliyin asanlaşdırılması üçün belə bir qərarın qəbul olunduğu bildirilib. Qərar Qərbi Azərbaycan Əyaləti rəhbərliyinin tələbi əsasında verilib.

 

Məlumata görə, Miyananın çıxışından Urmiyə dayanacağına qədər dəmir yolu ilə bağlı bütün işlərə Urmiyədə təsis ediləcək Dəmir Yolu İdarəsi nəzarət edəcək.

 

Qeyd edək ki, Güney Azərbaycanda bir çox dəmir yolu layihəsi, o cümlədən Urmiyə-Marağa dəmir yolu projesi 20 ilə yaxındır ki, təkmilləşdirilərək istifadəyə verilmir. İran mərkəzi şəhərlərində isə əhali uzun illərdir şəhər daxili və şəhərlər arası qatardan istifadə edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN