Urmiyədə Azərbaycan folklorik tamaşa festivalı keçiriləcək

Urmiyədə Azərbaycan folklorik tamaşa festivalı keçiriləcək

GünAz TV: Qərbi Azərbaycanın türk dilində birinci folklorik tamaşa festivalı fevral ayında Urmiyədə keçiriləcək.

 

Bu barədə Qərbi Azərbaycan İncəsənət Qurumunun rəisi Əhəd Huşmənd “İsna” xəbər agentliyinə danışıb.

“Birinci Azərbaycan folklorik tamaşa festivalı Azərbaycan türkcəsində fevralın 13-dən 16-dək Urmiyə şəhərində keçiriləcək. Urmiyə, Sulduz və Xoy şəhərlərindən 14 qrup festivala qatılmaq istəyib. Əsərlər qiymətləndirildikdən sonra 9 qrupun əsəri festivalın yarışına yol tapıb”- deyə o bildirib.

 

Əhəd Huşmənd ölkənin inkişafında mədəniyyətin rolu məsələsinə də toxunub.

“Biz məsullar inanmalıyıq ki, toplumun inkişafı yalnız texnologiya ilə əldə olunmur. Bunun üçün ictimai inkişaf və mədəniyyət lazımdır, məhz bu nöqtədə incəsənətin rolunu hiss etmək mümkündür.

Tamaşa, səhnə sənətlərinin anasıdır və mədəniyyət yaratmaqda, onu inkişaf etdirməkdə xüsusi rol oynayır. Ona görə də festivalın keçirilməsindən əsas məqsəd əyalətin istedadlı sənətklarlarını tanıtdırmaqla yanaşı tamaşa vasitəsi ilə Azərbaycan əhalisinin dəyərlərini tanıtdırıb və canlandırmaqdır”- deyə o qeyd edib.

 

Qərbi Azərbaycan İncəsənət Qurumunun rəisi sözlərinin sonunda Azərbaycan mədəniyyətinin bütün hallarda qorunub saxlanılmasına təkid edib.

“Təəssüflər olsun ki, yeni texnologiya əhaliyə, xüsusi ilə də gənclərə qövmlərin dəyər və mədəniyyəti ilə tanış olmaq imkanı vermir. Ümid olunur ki, folklor mövzulu tamaşalarla Azərbaycanın adət-ənənəsi və mədəniyyətini qoruyub saxlamağa nail olacayıq”- deyə o vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN