Urmiyədə silahlı oğrular qızıl mağazasının sahibini öldürüb, qızılları oğurlayıblar – VİDEO

Urmiyədə silahlı oğrular qızıl mağazasının sahibini öldürüb, qızılları oğurlayıblar – VİDEO

GünAz TV: Yoxsulluqdan dolayı artan oğurluq, talançılıq, soyğunçuluq və s. kimi faktlara İranın bütün bölgələri, o cümlədən Güney Azərbaycan şəhərlərində hər gün rast gəlinir.

Sentyabrın 18-də Urmiyə şəhərində bir qızıl mağazasına silahlı basqın edilib.

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, hadisə Urmiyənin “Fərhəngiyan” şəhərciyində baş verib. Mağazaya silahla girən iki yeniyetmə mağaza sahibini güllələyib, külli miqdarda qızıl-zinət əşyaları götürüblər.

Oğruların “Pejo” markalı minik avtomobili ilə hadisə yerindən qaçdığı bildirilir.

Güllə yarası alaraq ağır yaralanan mağaza sahibi xəstəxanaya çatdırılıb, lakin onun həyatını qurtarmaq mümkün olmayıb.

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Urmiyə Polis İdarəsinin rəisi polkovnik Əkbəri xəbəri təsdiq edərək basqınçıların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlandığını bildirib.

Hadisənin sosial şəbəkələrdə videosu yayılıb.

https://www.youtube.com/watch?v=6W2PdtzjdoQ


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN