Urmiyədə Şok hadisə: 6 aylıq körpə qüsl verilərkən dirilib

Urmiyədə Şok hadisə: 6 aylıq körpə qüsl verilərkən dirilib

GünAz TV: Urmiyə Bələdiyyə İdarəsinin “Bağ-i Rizvan” qəbiristanlığının Qüslxanasında 6 aylıq körpə yenidən dirilib.

 

Körpənin öldükdən sonra dirildiyi ilə bağlı yayılan xəbərləri təsdiqləyən Urmiyə Bələdiyyəsi Qəbiristanlıqları Təşkilatının rəisi bildirib ki, “6 aylıq qız uşağı “Bağ-i Rizvan” qəbiristanlığına gətirilmədən 1 gün əvvəl ölmüşdür, o qüslxanada yuyularkən dirilib.”

 

Əmir Abbas Abedini baş verən hadisə barədə deyib: “Əkiz uşaqların ölümündən bir gecə sonra, ataları qüslxanaya gedərək körpələrini dəfn etmək istəyib. Həmin zaman körpələrdən biri yuyularkən ağlayıb və yenidən həyata qayıdıb.”

 

“Körpələri müalicə edən həkimin sözlərinə görə, onda heç bir həyat əlaməti qalmamışdır və xəstəxananın baş həkimi də onun öldüyünü təsdiqləyib, lakin gözlənilməz şəkildə yenidən həyata qayıdıb”- deyə Bələdiyyə Qəbiristanlıqları Təşkilatının rəisi əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN