Urmiyədə türkcə yazılan lövhələr radikal kürdlərin hücumuna məruz qalıb / Etiraz aksiyasının keçirilməsi üçün müraciət edildi

2019-09-04 13:39

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyədə radikal kürdlər Azərbaycan türklərinə qarşı təzyiqləri artırıb.

 

Son məlumata görə, Urmiyədə türk dilində yazılan bir çox lövhə, o cümlədən “Qəfə qabağı”, “Urmu gölü”, “Şəhidlər körpüsü” və s. kimi lövhələr radikal mühacir kürdlər tərəfindən yerindən qoparılıb və ya türkcə yazıları qaralanıb.

 

Əksər halda kürd terror qruplaşmalarının sifarişini yerinə yetirən radikal qüvvələr şəhərin bir çox məhəlləsində  təxribatçı hərəkətlərə əl atıblar.

 

Bundan əvvəl türk dili və onun mədəniyyətinə dəfələrlə qarşı çıxan Urmiyə Şəhər Şurasının kürd üzvlərinin bu işdə əli olduğu da qeyd olunur.

 

 

Şəhər Şurasının 6 üzvü isə məsələyə ciddi reaksiya verərək baş verən hadisəni araşdıracaqlarına söz veriblər. Pənahi, Piri, İbrahimi, İmamzadə, Bəxşayeşi və Xəlilpur bildiriblər ki, türkcə lövhələrin quraşdırılması ilə bağlı rəsmi qərar var. Qərar dəyişməyənədək kimsə hər hansı lövhəni yerindən qopara bilməz.

 

Urmiyənin bələdiyyə başçısı Məhəmməd Həzrətpur isə 24 saat ərzində yerindən götürülən lövhələrin yenidən quraşdırılacağını bildirib.

 

Bir qrup yerli mədəni fəal Bələdiyyə İdarəsi və Şəhər Şurasına xəbərdarlıq edərək lövhələrin yenidən quraşdırılması üçün 24 saat vaxt veriblər. Bildirilib ki, əgər seçki təbliğatı naminə xüsusi aktivlik göstərən Şəhər Şurasının kürd üzvlərinə hansısa güzəşt olunarsa, o zaman Urmiyə Şəhər Şurasının binası qarşısında etiraz aksiyası təşkil olunacaq.

 

Bu arada “Azərbaycan Mədədniyyət Ocağı” Dərnəyi baş verən hadisə ilə bağlı icazəli etiraz aksiyası keçirmək qərarına gəlib.

 

 

 

“Amo News”un yaydığı məlumata görə, dərnək məsulları “Qəfə qabağı” lövhəsinin yerindən götürülməsi ilə bağlı Şəhər Şurasının bəzi üzvləri, bələdiyyə başçısı və Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı ilə müzakirə aparıblar. Onlar məsulların lövhələri yerinə qaytarmaqla bağlı konkret qərara gəlmədiklərini görüncə icazəli aksiya keçirməklə bağlı müraciət ediblər. Rəsmi məktub sentyabrın 3-də Urmiyə Şəhər İcra Hakimiyyətinə göndərilib.

Müraciətdə aksiyanın sentyabrın 5-də keçirilməsi tələb olunub.

 

Deyilənlərə görə, Şəhər İcra Hakimiyyəti müraciətə müsbət cavab verdikdən sonra, məktub Valiliyə göndərilməlidir. Valilik də müsbət cavab verərsə, yekun qərar üçün Daxili İşlər Nazirliyinə göndəriləcək. Beləliklə prosedur ən azı bir həftə vaxt aparacaq.

 

“Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin katibi Siyavuş Süleymani bu barədə açıqlama verib. “Biz qanuna tabeyik. Lakin hesab eliyirik ki, bizə cümə axşamı günü, ən uzağı isə qarşıdakı həftənin çərşənbə axşamına qədər cavab verilməlidir. Əks halda, aksiyanı sentyabrın 12-nə təxirə salacayıq. Bütün hallarda bu məsələ ilə ciddi mşğul olacayıq.”

 

Urmiyə Şəhər Şurasının kürd üzvlərindən qaynaqlandığı bildirilən problem şəhər əhalisinin kəskin etirazına səbəb olub. Əhali yerindən götürülən türkcə yazılmış lövhələrin dərhal yerinə qaytarılmasını tələb edir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09

gun az article

GünazTV July.08.2020: İranın hərbi məntəqələrində patlayışlar, Abbas Lisaniyə dəstək.

2020-07-09

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib

2020-07-08

gun az article

GünazTV July.08.2020: Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

2020-07-08

gun az article

Sulduzda milli fəal Abbas Lisaniyə dəstək məqsədilə posterlər paylanılıb

2020-07-08

gun az article

Ərdəbil əhalisinin 20%-i koronavirusa yoluxub

2020-07-08

gun az article

İnsan haqları təşkilatı Abbas Lisaninin azadlığı üçün imzatoplama kampaniyası keçirir

2020-07-08

gun az article

Təbrizin çıxışındakı lövhədən “Türkiyə” sözü silinib

2020-07-08

gun az article

Təbrizdə kiçik qız heykəlinin qaldırılması etirazlara səbəb olub

2020-07-08

gun az article

GünazTV July.07.2020-Özümüz: Qacarlar: Məhəmməd Şah Dönəmi

2020-07-08

gun az article

GünazTV July.07.2020 -GÜNDƏM MASASI: İranın, G.A. Milli fəallarına qarşı uzun müdətli həbslərin verilməsi səbəbi

2020-07-08

gun az article

“Çağdaş Azərbaycan Kültür Dərnəyi” Abbas Lisaninin həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-07

gun az article

Güney azərbaycanlı tələbə Pərisa Rəfii Evin zindanına aparılıb

2020-07-07

gun az article

Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var

2020-07-07

gun az article

Güney Azərbaycanda bir xəstəxananın 40 əməkdaşı koronavirusa yoluxub

2020-07-07

gun az article

Qərbi Azərbaycanda daha bir xəstəxana COVID-19 xəstələrinə ayrılıb: yoluxanların sayında rekord artım

2020-07-07

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-07-07

gun az article

Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib

2020-07-07

gun az article

GünazTV July.06.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin sosial-iqtisadi çöküşü və rejimin gələcəyinə bir baxış

2020-07-06

gun az article

Güney Azərbaycanın kəndləri boşalır

2020-07-06