Urmiyənin Kəlantəri yolu “Traxtur” tərəfdarlarının üzünə bağlanıb - VİDEO

Urmiyənin  Kəlantəri yolu “Traxtur” tərəfdarlarının üzünə bağlanıb - VİDEO

GünAz TV: Xəbər verdiyimiz kimi, bu gün Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Perspolis” komandası qarşılaşacaq.

 

Oyunun həssas olmasını nəzərə alaraq Güney Azərbaycanın müxtəlif şəhərlərindən çox sayda “Traxtur” tərəfdarı Təbrizə gəlir. İranın təhlükəsizlik qüvvələri isə imkan daxilində görüşdə tamaşaçı qismində iştirak edənlərin sayını azaltmağa çalışır. Bu məqsədlə bu gün səhər saatlarından Urmiyənin Kəlantəri yolunda güclü yoxlama aparılır. Urmiyə və sulduzlu “Traxtur” tərəfdarlarını daşıyan avtobusların hamısı saxlanılaraq yoxlanılır.

 

https://www.youtube.com/watch?time_continue=8&v=oQ-ya-5td8M

 

Məlumata görə, “Traxtur” bayrağı nümayiş etdirən minik avtomobilləri də yoxlama məntəqələrində durdurulur. Azərbaycanlı gənclər isə təslim olmaq niyyətində deyil, Urmu gölü körpüsündə Təbrizə tərəf piyada gedən çox sayda soydaşımız müşahidə olunur.

 

https://www.youtube.com/watch?time_continue=3&v=MsAbLsf7PGI

 

Avtobuslardan endirilən “Traxtur” tərəfdarları “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun” və “Vətən bizə ana – Biz əsgərik ona” kimi şüarlar səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=4&v=2tKJAX0xG40

 

 

Bundan əlavə, görüşə bir neçə gün qalmış çox sayda azərbaycanlı fəal və “Traxtur” tərəfdarına zəng edilərək onlara stadiona getməklə bağlı xəbərdarlıq edilib. Hətta bəzi fəallar bununla əlaqədar təhlükəsizlik orqanlarına çağırılıb. Marağada Ettelaat İdarəsinə çağırılan Davud Əzimzadə, Hamid Yeganəpur və Əli Yəzdaniyə “Traxtur”-“Perspolis” görüşündə tamaşaçı qismində iştirak etməklə bağlı ciddi xəbərdarlıq olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN