Urmiyənin millət vəkiləri Ciloluq soyqırımını inkar edən anti-Azərbaycan valiyə reaksiya verib

Urmiyənin millət vəkiləri Ciloluq soyqırımını inkar edən anti-Azərbaycan valiyə reaksiya verib

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkillərindən ikisi ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətliamını inkar edən Qərbi Azərbaycanın kürd kökənli valisinə cavab veriblər.

 

Bu barədə Nadir Qazipur Teleqram kanalında yazıb:

“Yaxşı olardı ki, müsahibə və çıxışlarınızdan əvvəl “Urmiyə dünyanı yandıran müharibədə”, “Azərbaycanın 18 illik tarixi” və “Azərbaycan birinci dünya müharibəsində” və ya “Ciloluq faciəsi” kimi tarixi əsərləri oxuyardınız. O zaman Azərbaycanda ən azı 140 min nəfər şiə və sünnünün qətlə yetirildiyini bilərdiniz.”

 

Ruhulla Həzrətpur isə bu barədə Twitter səhifəsində post paylaşıb:

“Şübhəsiz ki, tarixi hadisələr inkişafa maneə olmamalıdır. Lakin tarix ibrət aynasıdır. Ola bilsin ki, millətlər tarixi hadisələri bağışlar, amma onu heç vaxt unutmazlar. Yoxsulluq və inkişafdan geri qalmağın əsas səbəbi bölgəyə sərmayə cəlb olunmaması və istehsal məsələsidir, yəni o şüarlar ki, ictimaiyyət həyata keçirilməsini gözləyir.”

 

Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari dünən ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. O bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu da bildirib. Bu barədə daha çox məlumat əldə etmək üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Antitürk mövqeyi ilə tanınan Qərbi Azərbaycan valisi: “Ciloluq faciəsi yalan və dəyərsiz bir hadisədir”

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Anti-Azərbaycan mövqeyi ilə seçilən Məhəmməd Mehdi Şəhriyari İran rejimi tərəfindən Qərbi Azərbaycan əhalisinə təhmil olunub.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN