Urmiyənin millət vəkili bölgə əhalisinin kimliyi ilə bağlı dərsliklərdə yol verilən təhriflərə etiraz edib

Urmiyənin millət vəkili bölgə əhalisinin kimliyi ilə bağlı dərsliklərdə yol verilən təhriflərə etiraz edib

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur İranın təhsil naziri ilə görüşdə azərbaycanlıların davamlı olaraq etiraz etdiyi məsələyə toxunub.


Millət vəkili yanvarın 23-də İnstaqram səhifəsində təhsil naziri Məhəmməd Bəthayi ilə görüşündən bir görüntü yayaraq nazirlə müzakirə etdiyi mövzu haqda məlumat verib.


“Dərsliklərdə bölgə əhalisinin kimliyinə diqqət yetirmədiyinə görə Təhsil Nazirliyini tənqid edən 6 mindən çox azərbaycanlının ad və imzasını nazirə çatdırdım”- deyə o səhifəsində yazıb.


Millət vəkilinin qeyd etdiyi kimi, minlərlə soydaşımız Azərbaycan türklərinin milli kimliyinin dərsliklərdə təhrif olunmasına qarşı keçirilən etiraz kampaniyasına qoşularaq bu kimi işlərə son qoyulmasını tələb ediblər.


Millət vəkili görüşdə Qərbi Azərbaycan Əhalisinin tarixi kimliyinə olan həssaslığını təhsil nazirinə olduğu kimi çatdırmağa çalışıb.


Xəbər verdiyimiz kimi, ötən günlərdə Təhsil Nazirliyinin nəşr etdiyi aylıq dərgilərininin birində, Qərbi Azərbaycan terror qruplaşmalarının bölgənin  kürdləşdirilməsi planına uyğun olaraq Kürdistan kimi təqdim olunmuşdur.
Aşağıdakı şəkildə göründüyü kimi, dərgidə dərc olunan İran xəritəsi üzərində hər bölgənin öz milli geyimi göstərilib. Lakin Qərbi Azərbaycan Əyalətinin yerləşdiyi yerdə Azərbaycanın milli geyimi deyil, kürd geyimi əks olunub. Kirmanşah və Kürdistan kimi əyalətlərin milli geyimləri ümumiyyətlə göstərilməyib.

 


Ruhulla Həzrətpur bu məsələyə də öz etirazını bildirmişdir. O bununla bağlı təhsil naziri M.Bəthayiyə məktub ünvanlayaraq yol verilən təhrifin dərhal aradan qaldırılmasını tələb etmişdir.


İranın rəsmi orqanları bu kimi hərəkətləri ilə terror qruplaşmaları və radikal kürdlərin Azərbaycana qarşı gülünc ərazi iddialarına tarixi və hüquqi əsas yaratmağa çalışır. Onlar həmçinin müxtəlif vasitələrdən istifadə edərək bölgə əhalisini məntəqənin vaxtı ilə Kürdistan olduğuna inandırmağa cəhd edirlər. Bu inam Azərbaycan gənclərinə fərqli şəkildə təsir etsə də, radikal kürd qruplaşmalarını daha çox cinayət törətməyə sövq edir.

 

Millət vəkilinin nazirə məktubu


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN