Urmiyənin millət vəkili magistral yollarının işıqlandırılması ilə bağlı səlahiyyətli orqanlara 3 ay vaxt verib

Urmiyənin millət vəkili magistral yollarının işıqlandırılması ilə bağlı səlahiyyətli orqanlara 3 ay vaxt verib

GünAz TV: Güney Azərbaycan yollarında baş verən ağır yol-nəqliyyat hadisələri vaxtaşırı yerli məsulların diqqətini çəkir.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Qərbi Azərbaycan yollarında yaşanan işıqlandırma problemindən narahatlığını dilə gətirib.

 

“Gənc Müxbirlər Klubu” xəbər agentliyinin yaydığı məlumata görə, millət vəkili sözügedən problemlə əlaqədar Yol İdarəsi və Elektrik Şirkətini məsuliyyətsizlikdə günahlandırıb. “Yolları işıqlandırılma sistemi ilə təmin etməkdə məsuliyyətsizliyə yol verən məsullar baş verən yol qəzaları ilə bağlı məsuliyyət daşıyır, onlar məhkəmə qarşısında cavab verməlidilər”- deyə R.Həzrətpur bildirib.

 

Azərbaycanlı millət vəkili vurğulayıb ki, işıqlandırma problemi Qərbi Azərbaycan yolları, xüsusi ilə də Urmiyə-Təbriz magistralında öz həllini tapmayacağı təqdirdə səlahiyyətli məsulların fəaliyyəti ilə bağlı Energetika, eləcə də Yol və Şəhərsalma nazirlərindən bu barədə izahat tələb edəcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN