Urmiyənin millət vəkili növbəti dəfə ölkə üzrə yayımlanan televiziya kanalı tələb edib

Urmiyənin millət vəkili növbəti dəfə ölkə üzrə yayımlanan televiziya kanalı tələb edib

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkə üzrə yayımlanan televiziya kanalı tələb edib.

 

O bu barədə yanvarın 21-də parlamentdə çıxışı zamanı danışıb.

 

Nadir Qazipur İran Teleradio Şirkətinin rəhbərliyinə şifahi xəbərdarlıq edərək İranda ölkə üzrə yayımlanan 24 saatlıq türk dilində bir telekanalın yaradılmasını tələb edib.

 

Azərbaycanlı millət vəkili may ayında da İranda 40 milyonluq türk cəmiyyəti üçün ana dilində bir televiziya kanalı, həmçinin türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasını tələb etmişdir.

 

Həmin ayda Urmiyənin digər millət vəkili Hadi Bahaduri də oxşar tələblə çıxış edərək İranda türk dilində televiziya kanalının təsis edilməsini istəmişdir.

 

İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir. Türklərin bütün İranda yayımlanan televiziya və qəzeti də yoxdur. Bütün bunları rejimin irqçi siyasətindən başqa heç bir məntiqlə izah etmək mümkün deyil.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN