Urmiyənin millət vəkili və Mədəniyyət Nazirliyinin rəsmisi türk dilində qəzetin təsis ediləcəyi barədə bu sözləri dedilər

2019-02-23 12:56

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və İslami İrşad və Mədəniyyət Nazirliyinin rəsmisi axund Əli Hüseyni ölkə üzrə yayımlanacaq türk dilində qəzetin təsis edilməsi ilə bağlı fərqli açıqlama veriblər.

 

Millət vəkili Nadir Qazipur bu barədə fevralın 21-də “Fars” xəbər agentliyinə danışıb.

 

“Ölkə üzrə yayımlanacaq türkcə qəzetlə bağlı islami irşad və mədəniyyət naziri ilə müzakirələr aparılıb. Qəzetin təsis edilməsi barədə artıq razılıq əldə olunub. Biz isə qəzetin birinci sayı nəşr olunanadək bu istiqamətdəki fəaliyyətimizi davam etdirəcəyik”- deyə o bildirib.

 

Beynəlxalq Ana Dili Gününü ölkədə yaşayan 40 milyon türkə təbrik etdiyini bildirən Nadir Qazipur İran Teleradio Şirkətinə müraciət edərək ondan istəyib ki, Qərbi Azərbaycan Əyaləti televiziyasının bütün İranda yayımlanmasına razılıq versin. Bu baş verərsə, ölkədə yaşayan bütün türklər 24 saat yayımlanan televiziya kanalından istifadə edə bilər.

 

Məsələyə İslami İrşad və Mədəniyyət Nazirliyinin parlament işləri üzrə bölümünün rəisi axund Əli Hüseyni də münasibət bildirib.

“Nazirliyin mətbuata nəzarət heyəti Qərbi Azərbaycanda bütün ölkəyə yayımlanacaq türkcə qəzetin təsis edilməsinə qarşı deyil. Lakin bu qəzeti idarə edəcək bir şəxs tapılmalıdır. Qəzet işi, sıravi iş deyil. Onu idarə edəcək şəxsin maddi imkanı və bu işdə təxəssüsü olmalıdır. Bundan əlavə qəzet üçün jurnalist, fotoqraf və digər işçilər də tələb olunur”- deyə o qeyd edib.

 

Nazirlik rəsmisi sözlərinin davamında bildirib ki, lazımi şəraitə malik olan bir şəxs olarsa, mətbuata nəzarət şurası bəzi mülahizələri də nəzərə alaraq qəzetin təsis edilməsinə razılıq verəcək. Bu tələb millət vəkili Nadir Qazipur tərəfindən irəli sürülüb, biz də qəzetin nəşr olunmasında maraqlıyıq.

 

Qeyd edək ki, İslami İrşad və Mədəniyyət Nazirliyi rəsmisinin gülünc iddiası türk dilində qəzetin təsis edilməsinə olan qərəzli münasibəti açıq-aşkar göstərir. İranda cari ildə təkcə Fars Dili Mədəniyyət Evi və Sədi Fonduna 43 milyard tümən büdcə vəsaiti ayrılıb. Fars dili dövlət büdcəsinin hesabına bir çox xarici ölkədə də tədris və təbliğ olunur. Bundan əlavə, İranda bütün kütləvi informasiya vasitələri fars dilindədir və bunların fəaliyyəti üçün külli miqdarda vəsait xərclənir. Bu vəziyyətdə nazirlik rəsmisinin vəsait çatışmazlığı ilə bağlı iddiası bəhanədən başqa heç nə ola bilməz. Azərbaycan əhalisi artıq bu kimi, bəhanələrlə tanışdır, onun hansı mövqedən irəli gəldiyini yaxşı bilir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04

gun az article

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02