Urmiyənin millət vəkillərinin təhmil olunmuş valinin qərəzli çıxışına etirazları davam edir

2018-12-10 06:35

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkilləri Ruhulla Həzrətpur və Hadi Bahaduri ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətliamını inkar edən Qərbi Azərbaycanın kürd kökənli valisinə etiraz ediblər.

 

R.Həzrətpur şənbə günü Urmiyənin Quluncu kəndinin əhalisi ilə görüşdə ikinci dəfə olaraq bu məsələyə münasibət bildirib.

 

“Mən inkişafdan geri qalmağın səbəblərinin araşdırılması və bunun zəruri olması ilə bağlı cənab vali ilə razıyam. Lakin onun çıxartdığı nəticə və təhlili ilə qətiyyən razı deyiləm.

Biz insanlarda şübhə yaratmaq və tarixi cinayətləri gizlətməklə heç nəyə nail ola bilmərik. Əgər Azərbaycan milləti bir tarixi cinayəti vurğulayırsa, bu ixtilaf yaratmaq üçün deyil, sadəcə cinayətlərin təkrar olunmamasına lazımdır.

Vali bizim qonağımızdır. Qonaqpərvərlik isə bizim mədəniyyətimizdir. Lakin ondan istəyirik ki, tarixi hadisələrə üzdən yanaşmasın və bu işləri tarixçilərə buraxsın. O yaxşı olar ki, iqtisadiyyat, iş yerləri yaratmaq və bölgəyə sərmayə cəlb etməklə məşğul olsun”- deyə millət vəkili bildirib.

 

R.Həzrətpur sözlərinin sonunda Qərbi Azərbaycana təhmil olunmuş vali Məhəmməd Mehdi Şəhriyariyə xitabən belə deyib: “Cənab vali, siz bölgəyə sərmayə cəlb etmək şüarı ilə Qərbi Azərbaycan Əyalətinə gəldiniz. Əyalətdən gedən zaman sizə bu barədə sual veriləcək. Sizin uğurlu və ya uğursuz fəaliyyətiniz sərmayə cəlb etmək şüarının gərçəkləşməsi ilə müəyyən ediləcək.”

 

Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri də Məhəmməd Mehdi Şəhriyarinin Azərbaycana qarşı yönələn çıxışına münasibət bildirib. O azərbaycanlıların erməni, asuri və talançı kürd dəstələri tərəfindən qətliam edilməsi ilə bağlı Teleqram kanalında bir mətn paylaşıb.

 

“Parlamentdə çıxışlarımın birində işarə etdiyim kimi, Azərbaycanın qərb bölgəsinin şərif əhalisi son 200 ildə çox çətin və məzlumcasına bir həyat yaşayıb. Bu tarixin sənədləşdirməsi gələcəyin yolunu işıqlandıra bilər. Ciloluq faciəsinin baş verməsinin səbəbkarlarından biri dövrün qorxaq və nalayiq hökmdarları olub”- deyə o mətnin bir hissəsində qeyd edib.

 

H.Bahaduri İran rejimi tərəfindən Qərbi Azərbaycana təhmil olunmuş Məhəmməd Mehdi Şəhriyariyə xitabən bildirib ki, biz dimdik dayanmışıq və bədxahların qarşısında təslim olmayacayıq. Bu mövqedən bir addım belə geri oturmayacayıq. Ona görə ki, laqeydlik, tərəddüd və süstlüyün inkişafla heç bir əlaqəsi yoxdur.

 

Azərbaycanlı millət vəkili dolayı yolla Qərbi Azərbaycan Əyalətində fəal olan terrorçu qruplaşmalara da xəbərdarlıq edib: O vurğulayıb ki, biz torpaq yeyərik, lakin torpaq vermərik.

 

Bundan əvvəl Urmiyənin millət vəkili nadir Qazipur da Teleqram kanalında oxşar açıqlama yayaraq Məhəmməd Mehdi Şəhriyarinin qərəzli çıxışını pisləyib. R.Həzrətpur isə məsələyə birinci dəfə Twitter səhifəsində münasibət bildirib.

 

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, Ciloluq faciəsi kimi tarixə düşüb.

Məhəmməd Mehdi Şəhriyari dekabrın 7-də Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. Mövzu ilə bağlı öyrəncilərin qarşısında çıxış edən vali bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu bildirib.

Ciloluq soyqırımı bir tarixi gərçəkdir. Hər zaman Azərbaycan və türk millətinin mənafeyinə qarşı çıxış edən Məhəmməd Mehdi Şəhriyari İran rejiminin anti-Azərbaycan siyasəti sayəsində üzərində soyqırım ləkəsi gəzdirən cinayətkarları təmizə çıxartmağa çalışır.

 

Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06