Urmiyənin Təxri stadionunda “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirildi – VİDEO

Urmiyənin Təxri stadionunda “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirildi – VİDEO

GünAz TV: Təhsil müəssisələrinin açılışı günündə Urmiyənin Təxti stadionunda ana dilində təhsil tələbi ilə şüar səsləndirilib.

 

Soydaşlarımız sentyabrın 23-ü Təbriz vaxtı ilə saat 16:15-də “Nəvəd Urmiyə” futbol komandasının “Oksin Əlborz”la keçirdiyi görüşdə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndiriblər. Şüar oyunun müxtəlif dəqiqələrində gur səslə dilə gətirilib.

 

Azərbaycanlılar uzun illərdir ki, ana dilində təhsil tələbi ilə mübarizə aparır, bu istiqamətdə hər il təhsil müəssisaələrinin açılışı günü ərəfəsində müxtəlif tədbirlər keçirilir.

 

Qeyd edək ki, “Azadəqan” liqası çərçivəsində keçirilən görüş 0:0 bərabər hesabla başa çatıb.

 

Video:

https://www.youtube.com/watch?time_continue=17&v=883aVmhr2SQ

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN