Urmiyənin Təxti stadionunda “Nə mutlu türküm deyənə” şüarı səsləndirilib – VİDEO

Urmiyənin Təxti stadionunda “Nə mutlu türküm deyənə” şüarı səsləndirilib – VİDEO

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin Təxti stadionunda azərbaycanlı gənclər milli şüarlar səsləndirib.

 

Şüarlar birinci dəstənin “90 Urmiyə” və Ərakın “Alüminium” futbol komandalarının görüşü zamanı səsləndirilib. Kürd terrorizminə qarşı şüarlar səsləndirən gənclər Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mutafa Kamal Atatürkün məşhur “Nə mutlu türküm deyənə” kəlamına da xüsusi yer veriblər.

 

Türklərin milli kimliyinə işarə edən “Nə mutlu türkün deyənə” şüarı bundan əvvəl də güney azərbaycanlı gənclər tərəfindən müxtəlif stadionlarda səsləndirilib.

 

Urmiyə və Ərak təmsilçilərinin oyunu 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

 

Video:

https://www.youtube.com/watch?time_continue=1&v=pDhy0U_jqIU

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN