"Urmu gölü məsələsindən vasitə kimi istifadə olunması canlandırma prosesinə mənfi təsir edir"- Azərbaycanlı millət vəkili

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Urmu gölünün canlandırlması prosesində yaranan problemin səbəbini açıqlayıb.

 

O bu barədə “Təsnim” xəbər agentliyinə danışıb.

 

“Bir gənc araşdırmaçı Urmu gölü haqda hansısa plan təqdim etdiyi zaman, ona nə yardım edilir, nədəki kimsə ona qulaq asır. Bu günə qədər Urmu gölü iqtisadi cəhətdən qiymətləndirilməyib, əksinə ondan vasitə kimi istifadə olunub. Lakin söz verirəm ki, Urmu gölü ilə əlaqədar istənilən iqtisadi plan təqdim olunarsa, onu gündəmə gətirəcəyəm”- deyə o bildirib.

 

Millət vəkili Qərbi Azərbaycanın sanksiyalar dövründə iqtisadi rolu ilə bağlı verilən sualın cavabında bildirib ki, bizim Türkiyədən əlavə İraq Kürdistanı ilə də iqtisadi əlaqələrimiz var. Lakin bütün potensialımızdan istifadə edə bilməmişik. Hesab edirəm ki, bu istiqamətdə bütün imkanlarımızdan istifadə etmək üçün Kənd Təsərrüafatı və Sənaye, Mədən və Ticarət Nazirliyi, həmçinin Qərbi Azərbaycan valiliyi İraq və Türkiyənin yerli məsulları ilə sık əlaqə saxlamalı və daha çox əməkdaşlıq etməlidilər.

 

R.Həzrətpur sənaye müəssilərinin problemlərinə toxunaraq bildirib ki, “Sənaye şəhərciklərində yerləşən sənaye müəssisələrinin su, qaz və elektrik kimi ciddi problemləri var, onların yenidən istehsala başlaması üçün bu problemlər mütləq aradan qaldırılmalıdır.

 

Azərbaycanlı millət vəkili Urmiyənin xüsusi iqtisadi məntəqəyə çevriləcəyinə ümid etdiyini qeyd edərək əlavə edib ki, Maku Azad Ticarət Məntəqəsi və yaxın gələcəkdə Urmiyə xüsusi iqtisadi məntəqəsindən ixracatı artırmaq üçün istifadə olunmalıdır. Lakin təəssüflər olsun azad ticarət məntəqələri planlaşdırılan kimi ixracatı artırmaq deyil, idxalatla məşğuldular.

 

Millət vəkilinin işarə etdiyi Urmu gölü uzun illərdir ki, böhran içindədir. Gölün artıq 95 faizi quruyub, hökumət isə gölün qurtarılması üçün heç bir əməli addım atmır. Urmu gölünün bölgə əhalisi üçün iqtisadiyyat, turizm, ətraf mühit və digər sahələrdəki əhəmiyyəti rejim tərəfindən gözardı edilir. Buna hökumətə bağlı kütləvi informasiya vasitələri də xüsusi dəstək verir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN