Urmu gölü qurudulur, Tehranda isə süni göllər yaradılır

Urmu gölü qurudulur, Tehranda isə süni göllər yaradılır

GünAz TV: Uzun illərdir qurumaq təhlükəsi ilə üzləşən Güney Azərbaycanın Urmu gölünün bərpası üçün heç bir iş görülmədiyi halda, Tehran şəhərində süni yollarla bir neçə göl yaradılıb.

 

Paytaxt sakinləri ötən günlərdə daha bir süni gölün istifadəyə verilməsinə şahid olub. Drenaj sistemi ilə yaradılan “Hünər” gölü “Abbas abad” məhəlləsində yerləşir.

 

Şimali və Cənubi hissələrdən ibarət olan “Hünər” gölünün 25 min kvadrat metr sahəsi var. Bu göl heç bir təbii gölü olmayan Tehran şəhərinin 8-ci süni gölüdür.

 

Yaxın şərqin ən böyük şor gölü olan Urmu gölünün qurtarılması üçün heç bir iş görməyən İran dövləti Tehranda 8 süni gölü ölkə əhalisinin büdcəsi hesabına yaradıb. Çitgər, Azadi, Fəşafuye, Erəm, Əlməhdi, Azadeqan, Razi və Hünər gölləri Tehrana fərqli bir görkəm vermək məqsədi ilə yaradılıb.

 

Güney Azərbaycanın təbii gölü olan dünya şöhrətli Urmu gölü isə qurudulur. Dövlətin bu ikili yanaşması Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətini açıq-aşkar göstərməkdədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN