Urmu gölündə suyun səviyyəsi 20 il ərzində 8 metr aşağı düşüb

Urmu gölündə suyun səviyyəsi 20 il ərzində 8 metr aşağı düşüb

GünAz TV: Urmu gölünü Canlandırma Mərkəzi tərəfindən yayılan statistik məlumata əsasən, Urmu gölündə suyun səvbiyyəsi 20 il ərzində 8 metr aşağı düşüb.

 

Son məlumata görə, göldə suyun səviyyəsi tarazlığı sentyabrın 8-də 1270.31 metr olub. Bu rəqəm ötün ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz azalma göstərir.

 

Həmçinin son 20 ildə Suyun səviyyəsinin orta hesabla hər il 40 santimetr aşağı düşdüyü məlum olub.

 

Göldə suyun səviyyəsi ötən ilə nisbətən dəyişməyib, lakin su səviyyəsi tarazlığı ötən uzun müddətlə müqayisədə orta hesabla 4.36 metr aşağı düşüb.

 

Bundan əlavə, hazırda Urmu gölünün ümumi sahəsi 1771.35 kvadrat kilometrdir, halbuki, normal vəziyyətdə gölün sahəsi 4 min 526.7 kvadrat kilometr olub.

 

Sentyabrın 8-də göldə mövcud suyun həcmi 1.12 milyard kubmetr olub, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.02 faiz azalma göstərir. Göldə ötən uzun müddətlə müqayisədə suyun həcmi 15.15 milyard kubmetr azalıb.

 

Qeyd edək ki, İran rejiminin həyata keçirdiyi yanlış və qərəzli siyasətin nəticəsində artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması nəticəsində bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN