Urmu gölündə suyun səviyyəsi aşağı düşməyə başladı – Sənədli video-material

Urmu gölündə suyun səviyyəsi aşağı düşməyə başladı – Sənədli video-material

GünAz TV: Son aylarda yağıntıların artması səbəbindən nisbətən canlanan Urmu gölündə suyun səviyyəsi yenidən düşməyə başlayıb.

 

Cari ilin əvvəlindən (İranda yeni il Novruz bayramında başlayır) Urmu gölündə suyun səviyyəsinin aşağı düşməsi ilk dəfə bu həftə qeydə alınıb. Bu, isti fəsilin başlaması və suyun buxarlanması ilə bağlıdır.

 

Yağıntıların azalması ilə göldə yaranan geriləmə səlahiyyətli məsullara ciddi xəbərdarlıq sayıla bilər. Onlar lazımi tədbirlər almaqla gölün ötən illərdə olduğu kimi, böhranlı vəziyyətə qayıtmasına mane ola bilərlər. Güney azərbaycanlı Ətraf Mühit tərəfdarları isə bəndlərdən suyun Urmu gölünə axıdılmasını tələb ediblər.

 

Güney azərbaycanlı məşhur kinorejissor Məhəmməd Əlimuradinin hazırladığı sənədli video-materialda xanım Dr. Məhnaz İslami Urmu gölünün acınacaqlı vəziyyəti haqda geniş məlumat verib

.

https://www.youtube.com/watch?time_continue=298&v=3fbNZT5riuw

 

Qeyd edək ki, bölgədə yağıntıların artması nəticəsində vəziyyəti müsbətə doğru nisbətən dəyişən Urmu gölü yenidən böhranlı günlərə qayıda bilər. Bu barədə bölgə əhalisi və Urmiyənin millət vəkilləri dəfələrlə xəbərdarlıq edib. Gölün canlanması üçün hələ suyun səviyyəsi bir neçə metr yüksəlməlidir. Urmu Gölünü Canlandırma Mərkəzi gölün bərpası üçün lazımi tədbirlər almayacağı təqdirdə göldə yenidən böhran başlayacaq. Təssüflə bu məqsədlə hərhansı layihənin icra olunacağı gözlənilmir. Ötən günlərdə Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti ofisinin rəisi Fərhad Sərxoş cari ildə gölün canlandırılması üçün büdcə vəsaiti ayrılmadığını qeyd etmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN