Urmu gölündə suyun səviyyəsi ötən illə müqayisədə daha da aşağı düşüb

Urmu gölündə suyun səviyyəsi ötən illə müqayisədə daha da aşağı düşüb

GünAz TV: Güney Azərbaycanın Urmu gölündə gün keçdikcə böhran daha da dərinləşir.

 

Bu barədə mətbuat Su Tədqiqatları üzrə Araşdırmalar Mərkəzinə istinadən məlumat yayıb.

 

““Cari ildə (İranda yeni il martın 21-dən başlayır) Urmu gölündə suyun səviyyəsi tarazlığı 1270.76 metrə düşüb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 santimetr azalma göstərir”- deyə məlumatda qeyd olunub.

 

Elan olunan ən yeni statistik məlumata görə, Urmu gölünün su hövzəsinin sahəsi 68 kv.km və suyun həcmi 0.14 mlrd kubmetr azalma ilə üzləşib.

 

Qeyd etmək lazımdır ki, cari ilin (hicri-şəmsi təqvimi ilə 1397-cı il) birinci günlərindəki proqnozlara görə, böhrandan çıxışla bağlı yol xəritəsinə uyğun olaraq göldə suyun səviyyəsi tarazlığı ən azı 1272 metrə çatmalı idi.

 

Urmu gölündə suyun səviyyəsi tarazlığı o halda aşağı düşüb ki, bölgədə ötən ilə nisbətən daha çox yağıntı düşüb. Hökumət rəsmiləri isə göldə vəziyyətin müsbətə doğru dəyişdiyinə dair müxtəlif açıqlamalar verir. Şübhəsiz ki, onların bu barədə verdikləri yalan açıqlamalar ictimaiyyəti çaşdırmağa hesablanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN