“Urmu gölünü qurtaraq” kampaniyasına qoşulanların sayı 100 mini keçdi

“Urmu gölünü qurtaraq” kampaniyasına qoşulanların sayı 100 mini keçdi

GünAz TV: 10 gün ərzində “Urmu gölünü qurtaraq” kampaniyasına qoşulanların sayı 100 mini keçib.

 

Uzun illərdir böhran içində olan Urmu gölünü bu vəziyyətdən qurtarmaq üçün başladılan kampaniya hələ də davam edir.

 

Azərbaycanlı ətraf mühit tərəfdarı dövlətin diqqətini quruyub yox olmaqda olan gölə cəlb etmək üçün yeni kampaniyaya fevralın 1-də start veriblər. “Urmu gölünü qurtaraq” kampaniyasında toplanan imzalar İranın dini lideri Əli Xameneiyə göndəriləcək.

 

Gölün qurtarılmasını istəyənlər Teleqramda “@UrmiaLakeCampaignBot” adresinə müraciət edərək kampaniyaya qoşula bilərlər.

 

Qeyd edək ki, Yaxın Şərqdə baş verən toqquşmalarda milyardlar dollar xərcləyən İran rejimi Güney Azərbaycanda milyonlarla insanın həyatını real təhlükə ilə üz-üzə qoyan Urmu gölü böhranına laqeyd yanaşır, onun qurtarılması üçün büdcə vəsaiti ayırmır. Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri vəsaitin olmadığından gölün bərpası ilə bağlı nəzərdə tutulan layihələrin icra olunmadığı, bəzilərinin isə yarımçıq buraxıldığını bildirir. Göldə isə vəziyyət günü-gündən pisləşir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN