Urmu gölünün acınacaqlı vəziyyətini göstərən son peyk GÖRÜNTÜSÜ

Urmu gölünün acınacaqlı vəziyyətini göstərən son peyk GÖRÜNTÜSÜ

GünAz TV: Bölgədə yağıntıların həcminin artmasına baxmayaraq Urmu gölünün ümumi vəziyyətində heç bir dəyişiklik yoxdur.

 

Son yağıntılardan sonra Amerika Birləşmiş Ştatlarının Milli Aerokosmik Agentliyi (NASA) Urmu gölündən çəkdiyi görüntünü yayıb. Yanvarın 8-də peykdən çəkilən görüntü göstərir ki, Urmu gölü hələ də bir səhralığı xatırladır və gölün canlandırılması prosesində heç bir irəlləyiş yoxdur.

 

Bundan əvvəl Ətraf Mühit Təşkilatının Su və Torpaq işləri üzrə bölümün müdiri bildirmişdir ki, yağıntılar zamanı ətraf ərazilərdə axan su belə Urmu gölünə tökülmür. Həmin sular məntəqədə tikilən bəndlərdə cəmləşdiyi üçün gölə tərəf axmır.

 

Bu qədər yağıntılardan sonra Urmu gölündə suyun həcmi 1 milyard 600 milyon kubmetrə çatıb. Normalda gölün tutumu təxminən 32 milyard kubmetrdən ibarətdir.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN