Urmu gölünün canlandırması prosesi düzgün idarə olunmur – Azərbaycanlı millət vəkili

2018-10-31

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Urmu gölünün canlandırılması prosesinin düzgün idarə olunmadığını bildirib.

 

O bu barədə oktyabrın 31-də “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışığında məlumat verib.

 

Millət vəkili Urmu gölünün son vəziyyəti və gölün canlandırılması üçün ayrılan büdcə vəsaitinə işarə edərək bildirib ki, bu barədə ölkə rəhbərinə rəsmi məktubla müraciət olunub, Urmu gölünə əlavə büdcə ayırmaq məsələsi prezident vasitəsi ilə Büdcə və Planlaşdırma Təşkilatının rəisi Məhəməd Baqir Nobəxtə tapşırılıb.

 

“Gölün canlandırılmasına ayrılan büdcə vəsaitinin məbləği və onun harada xərcləndiyi dəqiq məlum olmalıdır. Təəssüflə məsullar gölün vəziyyəti ilə bağlı statistik məlumata sahib deyillər, onlar bu vəziyyətdə vəsaiti necə səmərəli şəkildə xərcləyə bilər?!

Urmu Gölünü Canlandırma Mərkəzinə ayrılan büdcə vəsaitindən düzgün istifadə olunmur. Vəsait konfrans zalı tikmək, ofis üçün lazım olan əşya və s. kimi yerlərə xərclənir. Bunu sübut etmək üçün əlimizdə yetəri qədər sənəd var”- deyə o bildirib.

 

R.Həzrətpur Kənd Təsərrüfatı Nazirliyinin bölgədə suyun istifadə olunmasına nəzarət etməsini də tələb edib.

“Bölgə əhalisi suya qənaət edir, lakin bu gözlədiyimiz qədər deyil. Suya daha çox qənaət etmək lazımdır. Bəziləri bu məsələdə əkinçiləri günahlandırır. Hesab eliyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi Urmu gölü ətrafındakı əkinçilər və onların istifadə etdiyi suya xüsusi plan əsasında nəzarət etməlidir.

Prezident Urmu gölünün canlandırılması ilə bağlı müəyyən addımlar atdı, lakin proses düzgün idarə olunmadı”- deyə millət vəkili əlavə edib.

 

R.Həzrətpur sözlərinin sonunda bildirib ki, hökumətin Urmu gölünün canlandırılması üçün aldığı tədbirlər uğurlu deyil, bu işdə hökumətə 20-dən 10 və ya 11 qiymət verərdim.

 

Qeyd edək ki, bir çox yerli məsullar, o cümlədən azərbaycanlı millət vəkili Urmu gölünün canlandırılması qarşısında olan problemlərlə bağlı hökuməti yetəri qədər  büdcə vəsaiti ayırmamaqda ittiham etməklə yanaşı, Urmu Gölünü Canlandırma Mərkəzini də vəsaitin xərclənməsi ilə bağlı şəffaflığı təmin etməməkdə günahlandırırlar. Bu məsələ azərbaycanlı millət vəkilləri tərəfindən dəfələrlə dilə gətirilib, lakin problem heç bir şəkildə öz həllini tapmır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28

gun az article

GünazTV May.28.2020- Düşünməyə Çağrı: Quzey və Güney Azərbaycan Üçün 28 May'ın Önəmi

2020-05-28

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb

2020-05-28

gun az article

Güney Azərbaycanın Ənquran mədəni 98 il talandıqdan sonra turizm mərkəzi olur

2020-05-28

gun az article

“Mis Süngün” komandasının iki oyunçusu koronavirusa yoluxub

2020-05-28

gun az article

Təbrizdə “Barış” jurnalının yeni sayı yayımlanıb

2020-05-28

gun az article

Güney azərbaycanlı milli fəal Yusif Kari Ərdəbil həbsxanasının 16-cı korpusuna köçürülüb

2020-05-28

gun az article

Xamenei yeni məclisdə “etnik qruplaşma” ilə bağlı xəbərdarlıq edib

2020-05-27

gun az article

Qərbi Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub

2020-05-27

gun az article

Xoy tarixi bazarında türkcə olan adlar fars sözləri ilə dəyişdirilib

2020-05-27