Uşaqlar üçün şeir və musiqi gecəsi keçiriləcək – Zəncanda

Uşaqlar üçün şeir və musiqi gecəsi keçiriləcək – Zəncanda

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində 18 yaşından aşağı uşaqlar üçün şeir və musiqi gecəsi keçiriləcək.

 

Tədbir “Qızıl özən” ədəbi-mədəni dərnəyinin təşəbbüsü ilə bazar günü keçiriləcək.

 

Tədbirlə bağlı qeyd olub ki “Azərbaycanda birinci dəfə olaraq 18 yaşdan kiçik uşaqlar üçün şeir və musiqi gecəsi keçiriləcək. Tədbir Zəncan şəhərinin Ruzbeh meydanında, Rəcayi parkının yanındakı Kövsər Mədəniyyət Evində 2019-cu il iyulun 14-də yerli vaxtla saat 18:00-da başlayacaq.”

 

Məlumata görə, şeir və musiqi gecəsinə bilet pulu ödəmədən bütün ailələr qatıla bilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN