Uşaqlar üçün türk dilində hazırlanan çox sayda şəkilli braşura paylanılıb – Ərdəbildə / GÖRÜNTÜ

Uşaqlar üçün türk dilində hazırlanan çox sayda şəkilli braşura paylanılıb – Ərdəbildə / GÖRÜNTÜ

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Ərdəbildə uşaqlar arasında çox sayda braşura və poster paylayıblar.

 

Türk dilində hazırlanan şəkilli braşura və posterlər uşaqlar üçün nəzərdə tutulub, onlar bu vasitə ilə heyvanların türkcə adını öyrənəcəklər.

 

Braşura və posterlər mayın 31-də bir qrup milli-mədəni fəal tərəfindən paylanılıb.

 

Azərbaycanlı fəalların bu tədbiri uşaqların türkcə daha yaxşı öyrənməsi üçün önəmli addım hesab olunur.

 

İranda 30 milyondan çox Azərbaycan türkü öz ana dilində təhsil ala bilmir. Ona görə də azərbaycanlı milli və mədəni fəallar ana dilimizin gələcək nəsilə olduğu kimi ötürülməsi uğrunda bütün imkanlardan istifadə edirlər. Uşaqlara türk dilini yaxşı öyrətmək fars şovinizminin asimilasyon siyasətinə qarşı önəmli tədbir hesab olunur.

 

Ərdəbildə yayılan braşura və posterlər:

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN