Ustad Həsən Dəmirçinin 40 mərasimindən VİDEO

2018-08-03 07:46

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) 40 mərasimi Təbrizdə keçirilib.

 

Çərşənbə günü baş tutan mərasimdə mərhumun ailə üzvləri və yaxınları ilə birlikdə çox sayda azərbaycanlı fəal iştirak edib. Mərasimin birinci hissəsi “Vadi Rəhmət” qəbiristanlığında mərhumun məzarı üstündə baş tutub. Mərasim zamanı fəallar Azərbaycan türkcəsində şeirlər oxuyub, ustad H.Dəmirçinin vətən uğrunda apardığı mübarizə barədə çıxışlar ediblər.

Həmin gün günortadan sonra Təbrizin “Cavad-ul Əemmə” məscidində mərasim davam etdirilib.

 

https://www.youtube.com/watch?time_continue=4&v=D1mBq06tveU

 

 

Həsən Dəmirçi iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında vəfat edib, bir gün sonra Təbrizin “Vadi Rəhmət” qəbiristanlığında dəfn edilib. Mərhumun dəfn mərasimi böyük izdihamla müşayiət olunub.

 

Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

 

H.Dəmirçi Güney Azərbaycanın klassik və muğan musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

 

Azərbaycanlı fəal, mərhum Prof. Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyət Ocağı” Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.

“Azərbaycan Mədəniyət Ocağı” Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar.

Dərnəyin kurslarında tar, kamança, qarmon, qara zurna, qaval və s. kimi Azərbaycan musiqi alətləri öyrədilir. Dərnəkdə həmçinin türk dilində avaz oxumaq və Azərbaycan rəqsi kusrları təşkil olunur.

 

H.Dəmirçi muğam musiqisi haqda bir neçə cild kitabın müəllifidir.

 

“Həsən Azərbaycan” adı ilə tanınan mərhum Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02