“Vəkillərin Azad Tribunası” tanınmış fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihinin saxlanılmasını qınayıb

“Vəkillərin Azad Tribunası” tanınmış fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihinin saxlanılmasını qınayıb

GünAz TV: “Vəkillərin Azad Tribunası” tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihinin saxlanılmasını pisləyən bəyanat yayıb.

 

Bəyanatın surəti Beynəlxalq Vəkillər Kollegiyası, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi, Hakimlər və Vəkillərin Müstəqillik məsələləri üzrə Xüsusi Məruzəçisi və İnsan Hüquqları Müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçiyə göndərilib.

 

“İnsan hüquqlarını müdafiə edən vəkillər heç bir maraq güdmədən əqidə və siyasi məsələlərlə bağlı müttəhimləri könüllü şəkildə müdafiə edirlər. Onlar İran İslam Cümhuriyyti tərəfindən hər zaman saxlanılıb və ya həbs edilə bilər.

İran məsulları insan hüquqlarını müdafiə edən vəkilləri davamlı olaraq təhdid və təzyiqə məruz qoyur, onlara qarşı qanunsuz qadağa və məhdudiyyətlər tətbiq edir. Bu o deməkdir ki, məsullar vəkillərin müstəqilliyi və məhkəmə prosesinin ədalətli keçməsinə hörmət etmir, xüsusi ilə də o zaman ki, kimsə mədəni və siyasi ittihamlara görə məhkəmə qarşısına çıxarılır.

Rəisi birbaşa rəhbər tərəfindən təyin olunan Məhkəmə Sistemi siyasi və əqidə müttəhimləri ilə bağlı heç bir şəkildə qanuna əməl etmir. Belə vəziyyətlərdə hakimlərin vəzifəsi təhlükəsizlik orqanları tərəfindən tövsiyyə olunan hökmü imzalamaqdan ibarətdir.

Qanuna görə, müttəhimlərin vəkil tutmaq hüququ var. Hərçən ki, bu qanun dosyenin ilkin araşdırma mərhələsində müttəhimlərdən alınıb.

İranın Məhkəmə Sistemi ictimai və siyasi fəallara qarşı yalan ittihamlarla dosyelər quraşdırmaq və onların vəkillərini saxlamaqla götürdüyü beynəlxalq öhdəlikləri və öz qanunlarını ayaq altına alır.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

“Vəkillərin Azad Tribunası” bəyanatın sonunda İran İslam Cümhuriyyətinə vəkillərə etdiyi təzyiqlərlə bağlı xəbərdarlıq edərərək Məhəmmədrza Fəqihinin saxlanmasını pisləyib, onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

 

“Vəkillərin Azad Trubunası” İranda 2009-cu ildə baş verən məlum hadisələrdən sonra ölkəni tərk edən hüquqşünaslar tərəfindən qurulub. Bu müəssisə insan hüquqlarını müdafiə etdikləri üçün təzyiqə məruz qalan vəkillərə dəstək verir. “Vəkillərin Azad Trubunası”nın əsas qurucusu 2003-cü ildə demokratiya, qadın və uşaq hüquqları uğrunda apardığı mübarizəyə görə Nobel sülh mükafatınına layiq görülən Şirin İbadidir.

 

Qeyd edək ki, tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi bazar günü Ərdəbildə saxlanılıb.

İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi, Abbas Lisaninin hüquqlarını müdafiə etdiyi bir vaxtda saxlanılıb. Məlumata görə, o oktyabrın 20-də Ərdəbil prokurorunun müavini hakim Nonəhalın çağırışı əsasında prokurorluğa müraciət etdikdən sonra təcridxanaya aparılıb.

Hələlik vəkilin hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN