Vərziqanda ağır yol qəzası baş verib: Çoxlu sayda ölən və yaralanan var

Vərziqanda ağır yol qəzası baş verib: Çoxlu sayda ölən və yaralanan var

GünAz TV: İran rejiminin etinasızlığı nəticəsində bərbad vəziyyətdə olan Güney Azərbaycan bölgələrinin yolları və avtomagistrallarında tez-tez ölümlə nəticələnən avtomobil qəzaları baş verir.

 

Bu dəfə Vərziqan rayonunda çoxlu sayda insanın ölməsi və yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Şərqi Azərbaycan əyalətinin təcili tibbi yardım xidmətinin sözçüsünün dediyinə görə, 7 nəfərin ölümü, 7 nəfərin ağır yaralanmasına səbəb olan qəza Əli Beygi kəndi yaxınlığında, “Səmənd” və “Pojo” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

 

Sözçü həmçinin qəzada “Səmənd” avtomaşınının alışdığını və dünyasını dəyişənlərdən birinin 10 yaşlı uşaq olduğunu qeyd edib.

 

İran istehsalı olan avtomobillərin heç bir təhlükəsizlik standartına cavab verməməsi, eləcə də Güney Azərbaycanın bölgələrinin yollarının acınacaqlı vəziyyətdə olması tez-tez ölümlə nəticələnən yol qəzalarına yol açır.

 

Təkcə ötən il ərzində Şərqi Azərbaycan əyalətində 918 nəfər avtoqəza qurbanı olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN