Xanım Rüqəyyə Kəbirinin münsiflər heyətinin fars üzvlərinin Təbriz Universitetinə daxil olması və türk üzvlərinin buraxılmaması barədə sözləri...

Xanım Rüqəyyə Kəbirinin münsiflər heyətinin fars üzvlərinin Təbriz Universitetinə daxil olması və türk üzvlərinin buraxılmaması barədə sözləri...

GünAz TV: Təbriz Universitetinin öyrənciləri tərəfindən daxil olan məlumata görə, yazıçı və qısa hikayə müsabiqəsinin münsiflər heyətinin üzvü Rüqəyyə Kəbiri Təbriz universitetində qaliblərin elan olunduğu mərasimə buraxılmayıb.

 

Fevralın 10-da Təbriz universitetində keçirilən mərasim zamanı münsiflər heyətinin türk üzvlərinin universitetə buraxılmadığı bildirilir. Mükafatlandırma proqramı sonra ümumiyyətlə ləğv olunub.

 

Məlumata görə, xanım R.Kəbiri mərasimə rəsmi şəkildə dəvət olunub.

 

Əksər hikayələrini türk dilində yazan R.Kəbiri bildirib ki, Mən kimsə deyiləm, mən bu ölkədə türkdilli bir yazıçıyam. Təşkilatçıların israrı ilə mərasimə dəvəti qəbul etdim. Fevralın 10-da universitetə yalnız münsiflər heyətinin bir üzvü (fars dilində yazan yazıçı) buraxıldı. Halbuki, müsabiqə fars və türk dillərində keçirilirdi. Mən və münsiflər heyətinin fars dilində yazan digər üzvü birlikdə mərasimə qatılmaq istədik. Mənim girişimə mane olunduğu zaman “Ev” hikayəsinin (müsabiqədə seçilmiş birinci əsər) qəhrəmanı kimi başqalarından qorxuya qurban getdiyimi düşündüm. Evə gedərkən isə “qırmızı hikayə”ni (müsabiqədə üçüncü yeri qazanmış əsər) düşünürdüm.

 

R.Kəbiri sözlərini belə davam etdirib:

“Ana dilində əsər yaratmaq mənim təbii haqqımdır. Bu hüquq ölkə konstitusiyasında da öz əksini tapıb. İran çoxmillətli ölkədir. Burada bütün millətlərin həyat və öz mədəniyyətlərinə uyğun mədəni əsərlər yaratmaq hüququ var. İncəsənət və ədəbiyyat dünyası o qədər geniş bir dünyadır ki, onu bir mərkəzçi cərəyanın qəlibində məhdudlaşdırmaq olmaz.”

 

Azərbaycanlı şair və yazıçı R.Kəbiri 1962-ci ildə Qərbi Azərbaycan Əyalətinin Xoy şəhərində dünyaya göz açıb. Onun 14 əsəri nəşr olunub. Yazıçı əksər əsərlərini türk dilində yazıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN