Xarici voleybolçuların Təbrizdə kürd və erməni dilində qarşılanması azərbaycanlıların kəskin etirazına səbəb olub – VİDEO

2019-06-13 15:35

GünAz TV: Dünya millətləri voleybol liqası üçün Güney Azərbaycana gələn xarici voleybolçular Təbrizin hava limanında kürd və erməni dillərində qarşılanıb. Bu məsələ güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

 

Cümə günü voleybol paytaxtı Urmiyədə keçiriləcək yarışlara qatılmaq üçün Kanada, Polşa (Ləhistan) və Rusiya komandaları Təbrizin hava limanına gəlib, onlar sonra Urmiyəyə yollanıb.

 

Məlumata görə, xarici idmançılar Təbrizin hava limanında kürd və erməni dilində danışan uşaqlar tərəfindən qarşılanıb. Şübhəsiz ki, Azərbaycanın milli və tarixi kimliyini təhrif etmək məqsədi ilə qarşılama mərasiminə türk dilində danışan uşaqlar seçilməyib.

 

https://www.youtube.com/watch?time_continue=12&v=GY228R9UO2Y

 

Soydaşlarımız bu işin arxasında Qərbi Azərbaycana sırınmış kürddili vali Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin Səqqiz şəhərindən olan kürddili rəisi Abdulla Çəməngülünün dayandığına inanır. Videoda göründüyü kimi, Abdulla Çəməngülü qarşılama mərasimində kürd və erməni dilində danışan uşaqların yanında dayanıb, o bu vəziyyətdən razılıq əlaməti olaraq gülümsəyir.

 

Xatırladaq ki, “Təbriz 2018” layihəsinin açılış mərasimi zamanı Təbrizə səfər edən İran prezidenti Həsən Ruhani Tehrana qayıdarkən bir kürd musiqi qrupu tərəfindən yola salındı. İran mətbuatı kürd musiqiçilərinin ifasını “Azərbaycanın yerli musiqisi” kimi təqdim etdi. Bu səhnənin görüntüləri Həsən Ruhaninin rəsmi İnstaqram səhifəsi və prezident aparatının mətbuat orqanında da yayıldı. Şübhəsiz ki, Azərbayacana qarşı yönələn ssenari soydaşlarımızın kəskin etirazı ilə qarşılandı.

 

 

 

Kürd terror qruplaşmaları və radikal kürdlərin mövqeyini Qərbi Azərbaycan Əyalətində gücləndirmək üçün müxtəlif üsullardan istifadə olunur. İran rejiminin bölgənin kürdləşdirmə prosesinə yaşıl işıq yandırması Qərbi Azərbaycan Əyalətinə göz tikən qüvvələri daha da cəsarətləndirib, onlar bölgədə vaxtaşırı terror aktları törətməkdən belə çəkinmir.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04

gun az article

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02