Xələc türklərini təhqir edən serialın ssenari müəllifi üzr istəyib – VİDEO

Xələc türklərini təhqir edən serialın ssenari müəllifi üzr istəyib – VİDEO

GünAz TV: İranın 3-cü telekanalında yayımlanan “İmarətin xanımı” serialının ssenari müəllifi İranda irqçilik zəminində işlədilən sözdə atalar sözünə sserialda yer verdiyi üçün üzr istəyib.

 

Ehsan Cavanmərd bu barədə yaydığı videoda irqçi hərəkətinə görə dəfələrlə üzr istəyərək bildirib ki, təssüflə İran mədəniyyətində ölkədə yaşayan digər millətlərə qarşı çoxlu ifadələr və atalar sözü var. Ona görə də diqqətsizlik edərək serialda həmin sözlərdən istifadə edib.

 

O xələc türklərinə qarşı dilə gətirilən ifadənin mənasına diqqət yetirmədiyini bildirib.

 

Ehsan Cavanmərd bunu qəsdən etmədiyini deyərək ona sosial şəbəkələrdə etiraz bildirən türklərə haqq verdiyini deyib və onlardan üzr istəyib.

 

Dekabrın 24-də “İmarətin xanımı” serialının 22-ci bölümündə “eşşəyin dilini xələc bilir, sənin dilini mən bilirəm” təhqiramiz ifadə dilə gətirilib.

 

Serial sözdə Qacar dövrünün ictimai-siyasi vəziyyətini təsvir edir. İran rejimi Qacar dövrü ictimaiyyətini fars camiəsi kimi təqdim edir.

 

https://www.youtube.com/watch?v=q9n1X3s1jWw

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN