Xəstə türk dilində danışdığı üçün ambulansdan aşağı endirilib – Urmiyədə / VİDEO

Xəstə türk dilində danışdığı üçün ambulansdan aşağı endirilib – Urmiyədə / VİDEO

GünAz TV: Urmiyədə Təcili Tibbi Yardım Mərkəzinin yerli olmayan işçisi farsca danışa bilməyən bir türkü ambulansdan endirib. İrqçi hərəkətə yol verən işçi xəstəni xəstəxanaya çatdırmaqdan imtina edib.

 

Urmiyə “Barış News” Teleqram Kanalı bu barədə bir video yayaraq yazib ki, “xəstə farsca danışa bilmədiyindən və problemini türk dilində anlatdığı üçün Təcili Tibbi Yardım Mərkəzi işçisinin qeyri-insani və məsuliyyətsiz reaksiyası ilə üzləşib.”

 

Məlumata görə, kürd və ya fars kökənli olduğu ehtimal olunan şəxs xəstə və onu müşayiət edən qohumları ilə mübahisə etdikdən sonra onları Urmiyənin Xürrəmşəhr xiyabanında ambulansdan endirib.

 

Bəzi Azərbaycan Teleqram kanalları irqçiliyə yol verən şəxsin adının Rza Rizvanpur olduğunu, Urmiyənin İqbal Tibb Mərkəzində çalışdığını yazıblar.

 

Soydaşlarımız Təcili Tibbi Yardım Mərkəzinin işçisinin irqçi hərəkətini kəskin şəkildə pisləyərək onun cəzalandırılmasını tələb ediblər.

 

https://www.youtube.com/watch?time_continue=2&v=S-Ttqw9zWOg

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN